FACT-INFO.AZ » QHT » 15 mart Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi günüdür
12-03-2026, 19:00 | QHT
15 mart Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi günüdür

15 mart Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi günüdür.

Fact-info.az-ın məlumatına görə bu gün, 12.03.2026-cı il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Qeyd edək ki, 15 mart günü 1962-ci ildə Con Kennedinin Konqresdə çıxışı zamanı səsləndirdiyi “Biz istehlakçılarıq, bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir” çağırışı ilə gündəmə gəlib.

1997-ci ildən başlayaraq “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) 15 mart – beynəlxalq istehlakçı gününü şəhərin mərkəzi küçələrində maarifləndirici şüarlarla keçirilən küçə yürüşləri ilə qeyd etməyə başlayıb. 1998-ci ildən isə AİİB beynəlxalq istehlakçı təşkilatı olan Consumer International-a üzvlüyə qəbul edilib.

Çox uğurlu haldır ki, 15 mart günü artıq dövlət qurumları səviyyəsində də qeyd olunur. Bugünkü tədbirin mövzusu “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” olub. Tədbirin gündəliyi son dərəcə aktual bir məsələyə həsr edilib. Tədbir çərçivəsində müxtəlif məruzə və təqdimatlar dinlənilib.

Məruzələr tədbirin mövzusuna uyğun olaraq istehlakçı hüquqlarının qorunması baxımından ən müasir problemlərə həsr olunub.

Məruzələr arasında xüsusilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevin çıxışı diqqət çəkib.

Məruzəçi müasir şəraitdə istehlakçı hüquqlarının ən çox pozulduğu məsələləri qeyd etməklə yanaşı, təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən bəhs edib, müasir texnologiyaların cinayətkar şəxslərin əlində alətə çevrildiyini vurğulayaraq bu hallarla mübarizənin effektiv üsulları barədə geniş məlumat verib.

Təqdimatlarda Gülnar Hüseyn, Ramil Əşrəfov və Yusif Tapdıqlı tərəfindən səsləndirilən məlumatlar istehlakçı maarifləndirilməsi baxımından, xüsusilə müasir rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə istehlakçı davranışının formalaşdırılması baxımından yüksək qiymətləndirilə bilər.




Baxış sayı: 230
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30