"Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq toplantıdır".
Fact-info.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Mən deyərdim ki, iştirakçıların təcrübəsi baxımından – prezidentlər, baş nazirlər, parlament sədrləri, tanınmış ictimai xadimlər, diplomatlar, biznes ictimaiyyətinin və vətəndaş cəmiyyətinin nümayəndələri, həyatımızın müxtəlif sahələrini təmsil edən şəxslər – qlobal miqyasda keçirilən əsas beynəlxalq forumlarla eyni səviyyədə dayanır. Onlar burada fikir və təcrübə mübadiləsi aparmaq, eləcə də xalqların həyatını necə daha yaxşı, daha təhlükəsiz və daha etibarlı etmək barədə ideyalar irəli sürmək üçün bir araya gəlirlər. Builki forumun gündəliyi çox genişdir. O, bir çox məsələləri əhatə edir. Lakin əminəm ki, müzakirələr zamanı əsas diqqət regionumuzda və dünyada mövcud olan hazırkı vəziyyətə yönələcək”, - dövlət başçısı qeyd edib.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
