FACT-INFO.AZ » CƏMİYYƏT » Xalqla birgə addımlayan millət vəkili
11-03-2026, 14:00 | CƏMİYYƏT
Xalqla birgə addımlayan millət vəkili

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənovun adı çəkiləndə, insanın beynində bir işıq yanır. Bu işıq sadəcə bir siyasətçinin adı ilə bağlı deyil, xalqın içindən doğan hörmətin, millət sevgisinin işığıdır. Onun 7 fəaliyyəti, dövlətçilik məsuliyyəti və ictimaiyyətə göstərdiyi diqqət, Azərbaycan cəmiyyətində milli həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Milli QHT Forumunun ofisində keçirilən görüşdə Azər müəllim qonaqları salamlayarkən, sanki sadəcə bir rəsmi şəxs yox, həm də xalqın vicdanını təmsil edən bir ziyalı danışırdı. Onun səmimi sözlərində dövlətin yaratdığı imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq iradəsi vardı. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəallarına təşəkkürünü bildirərkən, bu təşəkkürün arxasında həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərə ümid dayanırdı. Bu, dövlətimizin milli yaddaşın qorunmasına verdiyi önəmin bir daha təsdiqi idi.

Birliyin sədri Şamil Sabiroğlu, eləcə də digər qonaqlar – Mövsümağa Abasov, Cavanşir Rzazadə, Əziz İsmayılov – irəli sürdükləri təkliflərlə milli yaddaşın işığını daha da gücləndirmək istədilər. Azər müəllim isə həm Baş katib, həm də Millət Vəkili olaraq bu təkliflərə həssaslıqla yanaşdı, hər birinin ayrıca araşdırılacağını bildirdi. Bu, onun dövlətçilik məsuliyyətinin, xalqın səsinə qulaq asmaq iradəsinin bariz nümunəsi idi.

Qonaqlar qəbul üçün Azər Allahverənova və onun köməkçisi Ülvi Məmmədəliyevə minnətdarlıqlarını bildirərkən, sadəcə bir təşəkkür etmirdilər – onlar millətə xidmətin səmimiyyətini təsdiqləyirdilər. Ülvi müəllimin sadəliyi, qonaqpərvərliyi, səmimiyyəti isə görüşün ab-havasını daha da işıqlı etdi. Bu, dövlət məmurlarının və köməkçilərinin xalqla ünsiyyətdə səmimiyyət və etimad mühitini necə formalaşdırmasının nümunəsi idi.

Azər Allahverənovun simasında insan bir millət vəkili görür, amma onun gözlərindəki təbəssüm, hər kəlməsindəki Vətən sevgisi, hər ifadəsindəki dövlətinə və millətinə bağlılıq – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə sədaqət – insanda qürur hissini daha da artırır. Çünki bu gün biz azad Azərbaycan deyiriksə, bu, dövlət başçımızın müdrik siyasəti, şəhidlərimizin qanı, qazilərimizin mərdliyi sayəsindədir. Bu, həm də xalqın birliyinin, milli iradənin və dövlətçilik ənənələrinin gücünün təntənəsidir.

Azər müəllim bu yolun yolçusudur – xalqın içindən çıxan, xalqın arasında hörmət qazanan, millətinə borcunu əsirgəməyən bir ziyalıdır. Onun fəaliyyəti sadəcə bir esse mövzusu deyil, bir fəlsəfi dərsdir: xalqına xidmət edən insan, əslində, öz varlığını millətin varlığına bağlayan insandır. Bu, dövlətçilik fəlsəfəsinin ən ali ifadəsidir.

Mən, bir vətəndaş, bir yazıçı-publisist olaraq, gördüklərimi qələmə almağı özümə borc bildim. Çünki Azər müəllim və onun köməkçisi Ülvi Məmmədəliyev sadəcə bir görüşün ev sahibi deyildilər – onlar xalqın səsini dinləyən, xalqın sevgisini yaşadan, dövlətin gücünü millətin ruhu ilə birləşdirən simalardır.

Bu görüş bir daha sübut etdi: xalqla birgə addımlayan millət vəkili, xalqın ürəyində də yaşayır. Onun sözləri sadəcə bir nitq deyildi, bir ruhun çağırışı idi. O ruh ki, hər bir Azərbaycanlının qəlbində azadlıq, dövlətçilik və milli qürur hissini oyadır.

Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü
yazıçı-publisist




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30