FACT-INFO.AZ » CƏMİYYƏT » Azərbaycan teatrı 153 illik zəngin ənənələrə malik canlı sənətdir
10-03-2026, 18:00 | CƏMİYYƏT
Azərbaycan teatrı 153 illik zəngin ənənələrə malik canlı sənətdir

153 il əvvəl Azərbaycan teatrının əsasını qoyan ziyalılarımız dünya mədəniyyət prosesinin tərkib hissəsinə çevrilməyə çalışıb və bu yolda mühüm uğurlar qazanıblar.

Fact-info.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Xalq artisti Nurəddin Mehdixanlı deyib.

Onun sözlərinə görə, teatr canlı sənətdir və öz əhəmiyyətini itirməyəcək: “O, mənimlə danışır, məni mənə göstərir, dərdimə də, sevincimə də şərik olur. İnsanlıq var olduqca, teatr da yaşayacaq. Azərbaycan milli teatrı da bu böyük mədəniyyət prosesinin ayrılmaz hissəsidir”.

Nurəddin Mehdixanlı Azərbaycan teatrının son illərdəki inkişafını və dünya teatr məkanına inteqrasiyasını da dəyərləndirib. O bildirib ki, qloballaşma dövründə milli özünəməxsusluğun qorunması əsas şərtdir: “Bizim üçün fərdi və milli olan daha maraqlıdır. Başqa xalqların milli musiqi alətləri onlar üçün doğmadırsa, bizim üçün də mədəniyyətimizə məxsus olan dəyərlər daha yaxındır. Əgər qloballaşma prosesində bütün milli özünəməxsusluqlar yox olub ümumi, simasız bir kütlə yaranarsa, orada inkişafdan söhbət gedə bilməz. Bəşəri dəyərləri yaradan da milli dəyərlərdir. Azərbaycan mədəniyyəti də həmin ümumbəşəri mədəniyyətin dəyərli bir parçasıdır”.

Türk dövlətləri ilə teatr sahəsində əməkdaşlıq məsələsinə də toxunan sənətkar qeyd edib ki, bu cür münasibətlər qarşılıqlı tanıma və öyrənmə baxımından olduqca vacibdir.

O, əlavə edib ki, ilk növbədə türk dövlətləri arasında mədəni inteqrasiya daha da gücləndirilməlidir: “Dünyanın ən böyük mədəniyyətlərini yaradan xalqlardan biri də türk xalqlarıdır. Əgər Azərbaycan xalqı, Azərbaycan türkləri Şərqdə və müsəlman dünyasında ilk peşəkar teatrı yaradıblarsa, bu, xalqımızın nə qədər güclü mədəni potensiala malik olduğunu göstərir”.




Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30