Türkiyə qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəydir. Bölgəmizdə sülh və sabitliyi pozacaq hər hansı bir ssenariyə qarşıyıq. Heç kim səhv hesablar etməsin. Qardaşı qardaşa qarşı qoyacaq tələyə düşməməliyik. Fact-info.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti ölkənin İran böhranına qarışmasının qarşısını almaq və ölkə iqtisadiyyatına dəyən ziyanı minimuma endirmək üçün müvafiq addımlar atır: “Dövlətimiz güclüdür, hücumların qarşısını almaq üçün hər cür imkana malikdir. Türkiyənin 86 milyonluq əhalisinin sülhü və rifahı bizim əsas prioritetdir”.
Dövlət başçısı qeyd edib ki, Ankara öz addımlarını NATO ilə sıx əlaqələndirir.
Prezident Ərdoğan 16 dövlətin lideri ilə İranla bağlı telefon danışıqları apardığını xatırladıb. O, Türkiyənin təhlükəsizliyini möhkəmləndirəcək əlavə tədbirlərin davam etdiriləcəyini bildirib.
Baxış sayı: 130
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
