FACT-INFO.AZ » XƏBƏR » Niderland Ukrayna ilə müdafiə və dron istehsalı sahəsində əməkdaşlığı gücləndirir
9-03-2026, 14:00 | XƏBƏR
Niderland Ukrayna ilə müdafiə və dron istehsalı sahəsində əməkdaşlığı gücləndirir

Niderland və Ukrayna müdafiə və pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Fact-info.az  xəbər verir ki, bununla bağlı qərar Kiyevdə keçirilən görüşdən sonra açıqlanıb.

Ukrayna prezidenti Volodimir Zelenski ilə ölkəyə səfər edən Niderlandın Baş naziri Rob Jetten arasında keçirilən danışıqlarda tərəflər müasir texnologiyaların döyüş meydanındakı həlledici rolunu vurğulayıblar. Bu barədə Ukrayna prezidentinin administrasiyasının yaydığı birgə bəyanatda bildirilib.

Qeyd olunub ki, tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətlərini bir daha təsdiqləyiblər. Həmçinin bildirilib ki, hər iki ölkə Ukraynanın hava hücumundan müdafiə imkanlarının təcili olaraq daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün bərpası istiqamətində səylərin irəlilədilməsi üçün konkret addımlar da müəyyənləşdiriblər. Niderland bu prosesdə Kiyev üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayıb.

Eyni zamanda, Niderland tərəfi yeni hökumətin Ukraynaya uzunmüddətli və genişmiqyaslı dəstəyini davam etdirəcəyini, o cümlədən siyasi yardım göstərəcəyini bir daha bəyan edib. Ukrayna isə Haaqanın “Prioritized Ukraine Requirements List” (PURL) proqramı çərçivəsində oynadığı rola görə dərin minnətdarlığını ifadə edib.

Birgə bəyanatda tərəflər, həmçinin Ukraynanın gələcəkdə Avropa İttifaqı və NATO-ya üzvlüyü ilə bağlı ortaq baxışlarını yenidən təsdiqləyiblər və ölkədə aparılan islahatlarda mühüm irəliləyişlərin əldə olunduğunu qeyd ediblər.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30