ABŞ-nin aparıcı media orqanları İrana məxsus dronların Naxçıvana hücumu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərə geniş yer verib.
CNN yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dron hücumlarını terror aktı, çirkin və qorxaq əməl adlandırıb.
“Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir” – deyə CNN Prezident İlham Əliyevin fikirlərinə istinad edərək yazıb.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin göstərişi ilə Silahlı Qüvvələrə təlimat verilib ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.
“Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək” – deyə yazıda Prezident İlham Əliyevin fikirləri qeyd olunub.
“Associated Press” Prezident İlham Əliyevin İranı terror və təcavüz aktında günahlandırdığını yazıb. Qeyd olunub ki, Azərbaycan Ordusuna cavab tədbirləri görməyə hazırlaşmaq əmri verilib.
“ABC News”, “CBS News”, “Fox News” və digər aparıcı media orqanları mövzunu günün əsas xəbəri kimi işıqlandırıb.
Baxış sayı: 95
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
