Türk Dövlətləri Təşkilatı (TDT) İran İslam Respublikasının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumu ilə bağlı bəyanat yayıb.
Fact-info.az xəbər verir ki, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin imzası ilə yayımlanan bəyanatda bu hücumların kəskin şəkildə qınanıldığı bildirilir.
Baş katib bu cür hərəkətlərin təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq, regional vəziyyətin daha da pisləşməsinin və bölgədə gərginliyin artması ehtimalının qarşısını almaq məqsədilə təmkinli olmağa çağırır.
Ömüralıyev həmçinin, TDT Katibliyinin Azərbaycan Respublikasının Hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəyliyini bir daha vurğulayıb.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
