FACT-INFO.AZ » CƏMİYYƏT » Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya
5-03-2026, 11:30 | CƏMİYYƏT
Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Qafqazda müasir çağırışlar: süni intellekt, elm və innovasiya” mövzusunda elmi seminar keçirilib.

Kafedranın müdiri tarix elmləri doktoru, professor İradə Hüseynova bildirib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqaz regionu həm geosiyasi, həm də mədəni və iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir. Strateji kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi və zəngin enerji resurslarına malik olması regionun geosiyasi rolunu daha da artırır. Prezident İlham Əliyev tərəfindən irəli sürülən müasir inkişaf çağırışları Cənubi Qafqazda postmünaqişə mərhələsində davamlı sabitliyin təmin olunmasına, regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə və təhlükəsizlik arxitekturasının elmi-nəzəri əsaslar üzərində yenidən formalaşdırılmasına yönəlib. Bu kontekstdə süni intellekt sahəsində elmi və institusional problemlərin təhlili, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və perspektivlərin qiymətləndirilməsi xüsusi aktuallıq kəsb edir.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Bəxtiyar Həsənov mövzu ilə bağlı məruzə edib. Bildirib ki, müasir dövrdə qlobal dəyişikliklərin mərkəzində rəqəmsal transformasiya, süni intellekt, elmi inkişaf və innovasiya dayanır. Qafqaz regionu da bu proseslərdən kənarda qalmır və yeni texnologiyaların tətbiqi, innovativ iqtisadiyyatın qurulması, elmi potensialın gücləndirilməsi baxımından mühüm mərhələyə qədəm qoyur. Vurğulanıb ki, süni intellekt elmi tədqiqatların metodologiyasına ciddi təsir göstərərək məlumatların təhlilini avtomatlaşdırıb, tədqiqatların sürətini artırıb və daha mürəkkəb problemlərin araşdırılmasına imkan yaradıb. Bununla yanaşı, bəzi ekspertlər mümkün risklər və mənfi təsirlərlə bağlı da xəbərdarlıq edirlər.

Məruzədə qeyd olunub ki, regionun əsas müasir çağırışları sırasında geosiyasi transformasiya, postmünaqişə dövründə bərpa, iqtisadi inteqrasiya, ekoloji təhlükəsizlik, sülhün möhkəmləndirilməsi, regional əməkdaşlıq modellərinin inkişafı və rəqəmsal iqtisadiyyata keçid üçün birgə tədqiqatların aparılması xüsusi yer tutur. Azərbaycan, Gürcüstan və Ermənistan süni intellekt strategiyaları və elmi potensialın artırılması istiqamətində müxtəlif proqramlar həyata keçirirlər.






Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30