FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Cənub Qaz Dəhlizi yalnız iqtisadi layihə deyil, geosiyasi sabitliyə xidmət edən strateji platformadır
5-03-2026, 11:00 | TƏDQİQATLAR-ANALITIKA
Cənub Qaz Dəhlizi yalnız iqtisadi layihə deyil, geosiyasi sabitliyə xidmət edən strateji platformadır

Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın qlobal enerji sistemində artan əhəmiyyətini bir daha nümayiş etdirir. Fact-info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə dünya enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik, geosiyasi qarşıdurmalar və enerji resurslarının alətə çevrilməsi cəhdləri etibarlı və məsuliyyətli tərəfdaşlara olan ehtiyacı daha da artırır.

“Azərbaycan uzunmüddətli və düşünülmüş enerji strategiyası həyata keçirərək həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Cənub Qaz Dəhlizi bu baxımdan yalnız iqtisadi layihə deyil, eyni zamanda, geosiyasi sabitliyə xidmət edən strateji platformadır. Azərbaycan qazının Avropa bazarlarına nəqli enerji mənbələrinin şaxələndirilməsi siyasətində mühüm yer tutur. Nazirlərin 12-ci iclasında ötürücülük gücünün artırılması, yeni tərəfdaşların cəlb edilməsi və uzunmüddətli müqavilə mexanizmlərinin genişləndirilməsi məsələlərinin müzakirəsi Azərbaycanın enerji təchizatında davamlılıq prinsipinə sadiqliyini göstərir. Ölkəmiz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam yerinə yetirir. Bu isə Azərbaycanın beynəlxalq imicini daha da gücləndirir”, – deyə deputat əlavə edib.

Komitə sədri bildirib ki, paralel olaraq Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən 4-cü iclas Azərbaycanın enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını simvolizə edir. Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinin inkişafı, xüsusilə külək və günəş enerjisi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir: “Bu gün Azərbaycan təkcə karbohidrogen ehtiyatları ilə deyil, həm də yaşıl enerji potensialı ilə diqqət mərkəzindədir. Xəzər dənizinin böyük külək ehtiyatları, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyası ölkəmizin gələcək enerji xəritəsində mühüm yer tutur. Bu istiqamətdə xarici investorlarla əməkdaşlıq və ixrac imkanlarının yaradılması enerji portfelimizin şaxələndirilməsinə xidmət edir. Təhlükəsiz, fasiləsiz və dayanıqlı enerji təchizatının təmin edilməsi yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli enerji siyasəti ölkəmizi regionda sabitləşdirici gücə çevirir. Həm ənənəvi, həm də alternativ enerji sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirir”.




Baxış sayı: 205
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30