FACT-INFO.AZ » MƏDƏNİYYƏT » "Nəsimi” operasının ilk dəfə süni zəka ilə hazırlanmış səhnə tərtibatı
4-03-2026, 11:30 | MƏDƏNİYYƏT
"Nəsimi” operasının ilk dəfə süni zəka ilə hazırlanmış səhnə tərtibatı

Martın 3-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında "Nəsimi" operası nümayiş olunub. 

Fact-info.az xəbər verir ki, operada İmadəddin Nəsimi rolunu Əməkdar artist Ramil Qasımov ifa edib.

Opera ölkəmizdə ilk dəfə süni zəka texnologiyalarından istifadə edilərək hazırlanıb. Operanın ideya və musiqi müəllifi, Xalq artisti Siyavuş Kərimi, bu əsərdə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dramatik və fəlsəfi taleyini müasir musiqi dili ilə səhnəyə gətirib. Əsər insanın mənəvi azadlığı, həqiqət axtarışı, inanc və qurbanlıq kimi əbədi mövzulara toxunaraq, Nəsimi irsinin ideya-fəlsəfi dərinliyini operanın emosional təsir gücü ilə birləşdirir.

Librettonun müəllifi, akademik Rafael Hüseynov tarixi faktlarla bədii təxəyyülü ustalıqla sintez edərək səhnə üçün dramatik və təsirli mətn yaradıb.

Tamaşanın dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyevdir. Xormeyster, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissor Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqraf, Əməkdar artist Yuriy Lobaçev, quruluşçu rəssam Nərgiz Quliyevadır.

Operada rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Teyyub Aslanov, Əməkdar artistlər Anton Ferştandt, İlkin Əhmədov, Tural Ağasıyev, Arzu Əliyeva, ifaçılar Mahir Tağızadə, Orxan Cəlilov, Xəyal Hüseynov və digərləri canlandırıblar. Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xor kollektivi və balet truppası iştirak edib.

“Nəsimi” operası klassik Şərq fəlsəfəsini simfonik düşüncə və milli musiqi elementləri ilə bir araya gətirərək, monumental səhnə kompozisiyası yaradıb. Bəstəkarın zəngin orkestr boyaları, xor səhnələrinin dramatik kulminasiyaları və solist partiyalarının emosional yükü tamaşaçını XIV əsrin mürəkkəb ictimai-mənəvi atmosferinə aparır.

Operada Nəsiminin mürşidi Fəzlullah Nəimi ilə ideya bağlılığı, dövrün siyasi və dini qarşıdurmaları, insanın daxili azadlıq manifesti kimi səslənən poeziyası səhnə həllində dinamik və təsirli dramaturgiya ilə təqdim edilib.

 




Baxış sayı: 190
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30