FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
4-03-2026, 11:00 | İQTİSADİYYAT
Azərbaycanda yeni enerji bumu gözlənilirmi?

"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın yeni qaz hasilatı potensialına toxunaraq bildirib ki, "Abşeron", "Ümid" və eləcə də "Şahdəniz" yataqları əlavə istehsala imkan yaradacaq". Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Belə ki, yaxın illərdə "Abşeron"da tammiqyaslı işlənmə mərhələsinin başlanması yatağın hasilatını 3 dəfə artıracaq.  "Ümid" yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması da gözlənilir. Bütün bunlar ilə yanaşı, 2028-ci ildə "Şahdəniz"in yeni mərhələsi üzrə hasilata start veriləcək.
Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
Azərbaycan Prezidentinin çıxışında qeyd olunduğu kimi, yaxın illərdə təbii qaz hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. 2024-cü ildə bu göstərici 50.3 milyard kubmetr idi. Hasilatın 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 27,9 milyard kubmetri "Şahdəniz"in, 1,6 milyard kubmetri "Abşeron" yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Qaz ixracına gəldikdə isə, xaricı ümumi satış 25,2 milyard kubmetr olub. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə, 2,3 milyard kubmetr Gürcüstana, 0,5  milyard kubmetr isə Suriyaya ixrac edilib.
Göründüyü kimi, Azərbaycanın artan qaz hasilatı ixracatın da həcminə təsirsiz ötüşmür. Planlaşdırılan və ya gözlənilən artımlar isə Azərbaycan qaz ixracatının kəskin artmasına səbəb olacaq. Bu daha çox ölkəyə, daha çox qaz tədarükü deməkdir.
Digər tərəfdən, yaşıl enerji hasilatının artması daxili istehlakda təbii qaz qənaətinə və daha çox ixracata imkan verəcək. Bu isə dövlət gəlirlərinin artırılması baxımdan vacibdir. Qaz ixracatı strateji olmaqla yanaşı, ölkəyə daxil olan valyutanın həcmini artıracaq.
Bu baxımdan, Azərbaycan yaxın illərdə təbii qaz ixracatını kəskin artıra biləcək. Bu isə Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının genişləndirilməsini daha prioritetləşdirir".




Baxış sayı: 75
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031