Azərbaycanla Macarıstan arasında enerji əməkdaşlığı Mərkəzi Avropanın enerji təhlükəsizliyinin transformasiyasında əsas amillərdən birinə çevrilir.
Fact-info.az xəbər verir ki, bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında beynəlxalq münasibətlər üzrə macar ekspert Laslo Vaşa səsləndirib.
Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra məhz alternativ marşrutlar və türk dövlətləri ilə tərəfdaşlıqlar bir sıra ölkələrə xarici enerji riskləri qarşısında zəifliyi azaltmağa imkan verib. Ekspert vurğulayıb ki, Azərbaycan yüksək qeyri-sabitlik şəraitində belə, öhdəliklərini yerinə yetirməyə qadir olan sabit və etibarlı enerji təchizatçısı kimi özünü təsdiqləyib.
O qeyd edib ki, birgə investisiya layihələri ikitərəfli münasibətlər üçün möhkəm iqtisadi baza yaradır və ənənəvi təchizatçıların məhdud dairəsindən asılılığı azaltmaqla Mərkəzi Avropanın strateji muxtariyyətini gücləndirir.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
