Şənbə günü başlayan və on minlərlə əsgərin iştirak etdiyi "Epik Qəzəb" əməliyyatı zamanı ABŞ ordusu 17 İran gəmisini məhv edib və 2000 hədəfə zərbə endirib.
Məlumatı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper "X" hesabında paylaşıb:
"Bizə atəş aça biləcək hər şeyə diqqət yetiririk. Biz həmçinin İranın donanmasını - bütöv bir donanmanı batırırıq. İndi İranın ən bacarıqlı sualtı qayığı da daxil olmaqla, 17 İran gəmisini məhv etmişik, bu gəminin yan tərəfində dəlik var".
O, həmçinin ABŞ-nin B-2 və B-1 strateji bombardmançı təyyarələrinin nəticələrini "danılmaz cərrahi zərbələr" adlandırıb: "Bu gün Fars körfəzində, Hörmüz boğazında və ya Oman körfəzində bir dənə də olsun İran gəmisi yoxdur. Və biz dayanmayacağıq".
Kuperin sözlərinə görə, "Epik Qəzəb" əməliyyatında 50 mindən çox Amerika əsgəri və 200-dən çox döyüş təyyarəsi iştirak edir və zərbələr gecə-gündüz həyata keçirilir: “Biz artıq 2000-dən çox sursatdan istifadə edərək təxminən 2000 hədəfi vurmuşuq. İranın hava hücumundan müdafiə sistemini ciddi şəkildə zəiflətmişik və yüzlərlə İran ballistik raketini, buraxılış qurğusunu və dronunu məhv etmişik”.
Kuper qeyd edib ki, əməliyyatın əvvəlindən bəri İran Amerika hədəflərinə, İsrailə və ABŞ-nin müttəfiqi olan ərəb ölkələrinə qarşı cavab hücumlarında 500-dən çox ballistik raket və 2000-dən çox PUA atıb.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
