FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qorxusuz Ürəyin Hökmü
2-03-2026, 18:00 | MƏDƏNİYYƏT
Qorxusuz Ürəyin Hökmü

Ürəyin qorxu tanımırsa, düşmənin kimliyi artıq əhəmiyyətini itirir. İstər şah olsun, istər padşah – onun gücü yalnız zahirdədir, çünki qorxusuz ürəyin qarşısında hər bir taxt kölgəyə çevrilir.

Qorxusuz ürək insan varlığının ən ali zirvəsidir. O zirvəyə nə fırtına çatar, nə tufan. Zirvə öz möhkəmliyində əbədidir. Şahın tacı zamanla solur, padşahın kürsüsü bir gün dağılır, amma qorxusuz ürəyin hökmü sonsuz qalır. Bu hökm insanın ruhunu azad edir, iradəsini möhkəmləndirir, onu başqasının gücünə boyun əyməkdən qurtarır.

Qorxusuz ürək, insanın öz varlığını dərk etməsidir. O, başqasının gücünü tanımaz, çünki bilir ki, ən böyük güc öz içindədir. Düşmən şah da olsa, padşah da olsa, qorxusuz ürəyin qarşısında yalnız kölgə kimi titrəyər. Kölgə günəşin qarşısında yox olduğu kimi, düşmən də qorxusuz ürəyin qarşısında gücsüz qalar.

Bu ürək bir alovdur – nə küləklə sönür, nə də zülmətlə boğulur. O alov insanın yolunu işıqlandırır, ona azadlıq verir. Qorxusuz ürək bir dağ zirvəsi kimidir: nə tufan onu silkələyə bilər, nə də zaman onu aşındıra bilər. O zirvənin hökmü əbədidir, çünki o, insanın öz iradəsinin taxtıdır.

Əsl hikmət budur: qorxusuz ürək insanı azad edir, düşməni kiçildir, gücü isə ucaldır. Şahın hökmü zamanla bitər, padşahın kürsüsü bir gün dağılır. Amma qorxusuz ürəyin hökmü əbədi qalır. Çünki qorxusuz ürək insanın ən ali taxtıdır – bu taxtı heç kim ala bilməz.

Mövsümağa Ədalətoğlu
yazıçı-publisist




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30