FACT-INFO.AZ » CƏMİYYƏT » Şəhid Kamran Şirəliyevin həyat hekayəti
2-03-2026, 14:30 | CƏMİYYƏT
Şəhid Kamran Şirəliyevin həyat hekayəti
“Kamran hərbi xidmətini davam etdirirdi. 2016-cı ilin aprel ayının ilk günü idi. Mən heç bilmirəm hansısa səbəbdən narahat idim. Xeyli düşünsəm də, bu, intizarın cavabını tapa bilmirdim. Nəhayət aprelin 5-i idi. Mən çalışdığım tikiş sexinin qarşısında icra nümayəndəsini və bələdiyyə sədrini gördüm. Bir az keçdi dedilər ki, müdir səni çağırır. Getdim. Məndən soruşdular: “Elvira xanım sizsiniz?”. “Bəli” dedim. Dedilər ki, bəs, Kamran yaralanıb, hospitaldadır, gedək sizin evinizə. Mən donub qalmışdım. Mənimlə çalışan kiçik qızım, işçilərimiz bizimlə bərabər gedirdilər. Evə çatan kimi başladılar “Bunu belə etmək lazımdır, onu elə hazırlamaq lazımdır”. Mən o zaman anladım ki, Kamran şəhid olub”.
Bu söhbəti Kamran Şirəliyevin anası Elvira xanım danışır.
Elvira xanım daha sonra əlavə edir:
– Kamran axırıncı dəfə martın 29-da hamımızla danışmışdı. Kefi də çox yaxşı idi. Əsgərliyindən razılıq edirdi. Elə bil əsgər gedəndən sonra bir az da güclənmişdi. Həmin gündən sonra arxayınlaşmışdım. Ancaq axırıncı dəfə aprelin 3-də zəng vurmuşdu. Onda bizimlə az danışdı. Atası ilə isə danışanda son sözü bu oldu:
–Ata özündən muğayat ol!
Atası da qayıdıb dedi ki, mən yox e… a bala, sən özündən muğayat ol. Sən demə oğlum bizimlə vidalaşırmış.
Aprelin 6-da səhər saat 6-da şəhidin cənazəsini gətiriblər. Mərdəkan küçələri belə izdiham görməmişdi. Bütün Xəzər rayonu şəhidini qarşılayırdı. İnsanlar ayaqüstə idi. Hamı Vətən uğrunda döyüşmək üçün and içdi: “Bu qan yerdə qalmayacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz!” sədaları hər yerə yayılırdı. Kamran Şirəliyevi Vətən torpağına əmanət edərkən tabutuna bükülmüş bayrağı atası Faiq Şirəliyevə verdilər. O da şanlı bayrağımızı öpüb gözünün üstünə qoydu.
Şəhidimizin anası Elvira xanım fikrini davam etdirir: ”Tabut evdə idi. Mən başımı itirmişdim, çox ağlayırdım. O vaxt nəvəm Rəhmanın 6 yaşı vardı. O, sakitcə baxırdı, heç nə demirdi. Bir az keçdi gördüm Rəhman nə isə yazıb gətirdi və həmin kağızı stolun üstünə qoydu. O, mənə təsəlli üçün yazmışdı: “Nənə, xahiş edirəm ağlama”.
Şəhidimizin bacısı Məsmə xanım söhbətə qoşulur: “Tez-tez gəlib qapımı açırdı, oğlumu sevindirirdi. Axırıncı dəfə dayanacaqda görüşdüm, yola saldım onu. Qardaşımın gözləri dəniz rəngində idi, dəniz kimi çılğın idi, həyatsevər idi. O, bir kimsəni incitməmişdi. Bütün qonşuların, dostların harayına çatırdı. At üstünə minəndə cəngavərə bənzəyirdi. Özünü atı var idi, minəndə deyirdi ki, bu at məni muradıma çatdıracaq”.
Kamranın o biri bacısı Aysel xanım fikirlərini bölüşür: “Qolumdakı bilərzik qardaşımdan yadigar qalıb. Kamranın özünün dediyi kimi, kimsə çatışmır, öyrəşmək olmur qardaşsızlığa, hər yerdə onun əllərinin izi, nişanəsi qalıb”.
Şəhidimizin əsgər yoldaşı, Aprel döyüşlərinin iştirakçısı İlkin Əsgərov:
“Kamranın hərbi xidmət dövrü mənim gözümün qarşısında olub. 2015-ci ilin iyul çağırışında o, hərbi xidmətə gəlmişdi. Mən o zaman 6 ay idi ki, xidmət edirdim. O, qorxmaz əsgər idi. Birgə xidmət keçmişik, təlimlərdə iştirak etmişik. Müxtəlif postlarda növbəli şəkildə durmuşuq. Yəni, xidmətimiz bu şəkildə normal davam edirdi. 2016-cı ilin aprel ayının əvvəli idi. Hərbi hissədə həyəcan siqnalı verildi. Biz əşyalarımızı yığaraq döyüş bölgəsinə yollandıq. Əvvəl “Kamaz” markalı avtomobillə, sonra piyada getdik. Çünki avtomobillə ön cəbhəyə qədər getmək təhlükəli idi. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etdik. Kamran müharibədə çox fəal idi. Döyüşlərin qızgın çağında birdən eşitdim ki, Kamran ağır yaralanıb. Mənim üçün danışmaq çox çətindir. Mən yaxınlaşdım. O, son dəfə su içmək istədiyini bildirdi. Beləliklə, Kamran əbədi dünyasına qovuşdu”.
Xatırladırıq ki, Kamran Şirəliyev 1994-cü ilin fevralın 28-də tarixində anadan olub. Xəzər rayonunda yerləşən H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Kamran Şirəliyev daha sonra peşə məktəbinə daxil olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel ayında şəhid olub. Şirəliyev Kamran göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Aprel döyüşləri çox ciddi psixoloji dönüşə səbəb oldu
Aprel döyüşlərini qürurla anırıq. O zaman düşmən tapdağı altında qalmış 2000 hektar ərazi Ordumuz tərəfindən azad edildikdən sonra Azərbaycan cəmiyyətində növbəti uğurlara, xalqımızın həsrətində olduğu belə qələbələrin davamlı olacağına, bütün torpaqlarımızın azad olunacağına inam yarandı. Bütövlükdə ordu–xalq vəhdəti özünü yüksək səviyyədə göstərdi. Bu vəhdətin nəticəsini biz 44 günlük İkinci Qarabağ müharibəsində gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi.
Bir məqamı xüsusilə qeyd etmək istərdim. Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən döyüşmək istəyi ilə səfərbərlik xidmətinə müraciət etdi. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaradılmışdı. İstər 2016-cı il Aprel döyüşlərində, istərsə də 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular. Hər iki döyüş Ermənistan ordusundakı fərarilərin sayının artdığını göstərdi.
Bundan əlavə ermənilər tərəfdən uydurulmuş “məğlubedilməz ordu” mifi tamamilə dağıdıldı. Digər tərəfdən Aprel döyüşləri çox ciddi psixoloji dönüşə səbəb oldu. Azərbaycan cəmiyyətində xeyirin şər üzərində mütləq qalib gələcəyi tendensiyası möhkəmləndi. Yekunda ilahi ədalət İkinci Qarabağ müharibəsində bərqərar oldu. Belə qalibiyyət, tarixi zəfər düşünülmüş strateji siyasət və böyük fədakarlıq nəticəsində qazanıldı. Bu müqəddəs yolda qurban gedən bütün şəhidlərimizi ehtiramla anırıq.
Mənbə:
Əkrəm Bəydəmirlinin "Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir" kitabı



Baxış sayı: 180
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031