Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən istehsal edilmiş “Qarabağnamə” sənədli filmi nümayiş olunub.
Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə Əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Etibar Babayev, filmin rejissoru Elnurə Kazımova, Xalq rəssamı, professor Arif Hüseynov çıxış ediblər.
Ekran əsərinin Qarabağın tarixi yaddaşının qorunması, milli-mədəni irsin sənədli kino vasitəsilə təqdim olunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Daha sonra qonaqlar Arif Hüseynovun “Qarabağnamə – tarixin səhifələri” qrafik silsiləsi əsasında çəkilmiş filmi izləyiblər. Ekran işi Qarabağın zəngin tarixini və mədəni yaddaşını təsviri sənət və kino dilinin vəhdətində təqdim edərək keçmişlə bu gün arasında bədii körpü yaradır.
Film tamaşaçılarda Qarabağın tarixi və mədəni irsinə dair dərin emosional təəssürat oyadıb.
Baxış sayı: 170
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
