Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin – Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman və Bəhreyn xarici işlər nazirləri virtual iclas keçirərək İranın zərbələrinə cavab vermək hüququnu özlərində saxladıqlarını bildiriblər.
Bu barədə Şuranın bəyanatında deyilir: “Körfəz dövlətləri öz təhlükəsizlik və sabitliyini, eləcə də ərazilərini, vətəndaşlarını və daimi sakinlərini qorumaq üçün bütün lazımi tədbirləri görəcək, o cümlədən təcavüzə cavab vermək imkanını təmin edəcəklər”.
Nazirlər vurğulayıblar ki, ölkələri beynəlxalq hüquqa uyğun olaraq “qanuni cavab vermək hüququnu və özünümüdafiə hüququnu” qoruyub saxlayırlar.
Onlar, həmçinin İranı hücumları dərhal dayandırmağa çağırıblar.
Bəyanatda qeyd olunub ki, Körfəz bölgəsində sabitlik yalnız regional məsələ deyil, həm də qlobal iqtisadi sabitliyin fundamental əsaslarından biridir.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
