Xocalı soyqırımının 34-cü ildönümündə, qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə, hüznlə anır, dost və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm.
Fact-info.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında yazıb.
"Ağrısını hər zaman ürəyimizin ən dərinlərində hiss edəcəyimiz bu insanlıqdan kənar soyqırımını heç vaxt unutmayacağıq", - deyə paylaşımda qeyd edilib.
