FACT-INFO.AZ » SİYASƏT » Sumqayıt hadisələri erməni millətçiləri və onların havadarlarının təxribatı idi
28-02-2026, 11:00 | SİYASƏT
Sumqayıt hadisələri erməni millətçiləri və onların havadarlarının təxribatı idi

Sumqayıt hadisələri erməni millətçiləri və onların havadarları tərəfindən xüsusi olaraq törədilmiş bir təxribat idi. 1988-ci ildə Qarabağı Azərbaycandan qoparmaq istəyən erməni millətçiləri münaqişə üçün zəmin yaratmaq məqsədilə belə bir təxribata əl atdılar.

Fact-info.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, hadisələrin təşkilatçıları birbaşa erməni millətindən olan şəxslər idi. Onların əlində gizli erməni təşkilatına ödəniş etməyən erməni ailələrinin siyahısı var idi və hücumlar əsasən həmin ailələrə yönəldilmişdi.

“Maraqlıdır ki, hadisələr çox qısa müddət ərzində bütün dünyaya yayıldı. Sanki əvvəlcədən hazırlanmış bir ssenari mövcud idi və yalnız təxribatın baş verməsi gözlənilirdi ki, dərhal geniş şəkildə ictimailəşdirilsin. Sonradan isə erməni tərəfinin bu məsələ ilə bağlı geniş və obyektiv araşdırma aparılmasında maraqlı olmadığı bildirildi. Diqqət çəkən məqamlardan biri də həmin dövrdə Sumqayıtın erməni əsilli imkanlı sakinlərinin şəhəri əvvəlcədən tərk etməsi idi. Bundan əlavə, şəhərə yaxın ərazidə yerləşən daxili qoşunların hadisələrə vaxtında müdaxilə etməməsi də bir çox suallar doğurur. Ümumilikdə isə bu məsələdə cavabsız qalan suallar kifayət qədər çoxdur”, - deyə A.Mirzəzadə əlavə edib.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.




Baxış sayı: 235
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30