Azərbaycan Respublikası üzrə insidentlərin effektiv və koordinasiyalı cavablandırılması üçün vahid kibertəhlükəsizlik platforması yaradılacaq.
Fact-info.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.
Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti, Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən 2026-cı ilin dekabrına qədər Azərbaycan Respublikası üzrə insidentlərin effektiv və koordinasiyalı cavablandırılması üçün vahid kibertəhlükəsizlik platforması yaradılacaq.
Sahə üzrə vahid kibertəhlükəsizlik platformasının yaradılmasına dair ehtiyaclar müəyyənləşdirilməklə texniki tələblərin formalaşdırılması, dövlət orqanları (qurumları), özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq formalarının müəyyənləşdirilməsi və vahid kibertəhlükəsizlik platformasının yaradılması və dövlət orqanları (qurumları), özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında inteqrasiyanın həyata keçirilməsi təmin edilməlidir.
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
