Mədəniyyət Nazirliyi və Respublika “Xatirə Kitabı” Redaksiyası Milli Kitabxanasında “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatını keçirib.
Respublika “Xatirə Kitabı” müxtəlif dövrlərdə Azərbaycanın üzləşdiyi faciə və müharibələrdə həlak olmuş, itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımız , eləcə də ölkənin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında materialların toplanması və nəşri istiqamətində fəaliyyət göstərir. Respublika “Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə araşdırmalar apararaq dörd cilddən (iki dildə) ibarət nəşr hazırlayıb.
Bundan başqa, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin xatirələrinin yaşadılması məqsədilə 4 cilddə kitab çap edildiyi, “Qələbə - 75 və Qələbə 80: Azərbaycan xalqının mübarizə əzmi” kitablarının nəşr olunduğu bildirilib. Burada faşizm üzərində qələbənin əhəmiyyəti geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə maraqlı fikirlər yer alıb.
Redaksiya “Bakı Xəbər” qəzeti ilə birgə həyata keçirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsi çərçivəsində Qarabağ müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş 10 kitab nəşr etdirib.
Həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında 8 sənədli filmin çəkildiyi və ictimaiyyətə təqdim olunduğu qeyd edilib.
Baxış sayı: 250
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
