FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası istifadəyə verilib
27-02-2026, 10:00 | MƏDƏNİYYƏT
“Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası istifadəyə verilib

Bu gün Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın 100-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan Fact-info.az-a bildirilib ki, bazada bir sıra rəsmi sənədlərin, həmçinin akademik Nizami Cəfərovun, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın və filologiya üzrə elmlər doktoru Aysel Qəriblinin birgə hazırladıqları “Birinci Türkoloji Qurultayın tarixi missiyası”, akademik Nizami Cəfərovun “Birinci Türkoloji Qurultayın yüzüncü ildönümü ərəfəsində düşüncələr”, professor Nadir Məmmədlinin “Birinci Ümumittifaq Türkoloji Qurultayda əlifba məsələsi”, filologiya elmləri doktoru Elnarə Akimovanın “I Türkoloji Qurultay - türk ruhunun qələbəsi”, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlının Birinci Türkoloji Qurultayda fəaliyyəti” adlı məqalələrin tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada bir sıra görkəmli şəxslərin bu tarixi əhəmiyyətli, mühüm hadisənin mahiyyəti haqqında söylədikləri dəyərli fikirlər, bu mövzuda qələmə alınan kitab və dövrü mətbuat nümunələrinin siyahısı yer alır. Elektron məlumat bazasında “Türk xalqlarının tarixinin parlaq səhifəsi”, “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi” , “Foto və videoqalereya” kimi bölmələr də mövcuddur.

“Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.




Baxış sayı: 215
Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30