Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Fact-info.az xəbər verir ki, tədbirdə Macarıstandakı Azərbaycan Evi, Azərbaycan Diaspor Gəncləri Təşkilatının Macarıstandakı nümayəndəliyi, Gənclərin İnkişafı və İnteqrasiyası Assosiasiyasının rəhbər şəxsləri və üzvləri, Azərbaycan diasporunun nümayəndələri, bir sıra xarici ölkələrdən Budapeşt şəhərində təhsil alan tələbələr iştirak etdilər.
Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı barədə ətraflı məlumat verib və Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə Azərbaycan dövlətinin apardığı ardıcıl siyasətdən bəhs edib.
Eyni zamanda, səfir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizin azad edilməsi nəticəsində bu gün Xocalıda üçrəngli Bayrağımızın dalğalanmasının haqqın və ədalətin təntənəsi olduğunu vurğulayıb.
Sonra azərbaycanlı tələbə Məhəmməd Cəfərovun fortepianoda müşayiəti ilə Xocalı faciəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Tədbir Qarabağda aparılan bərpa və quruculuq işlərindən bəhs edən videoçarxın nümayişi ilə davam edib.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
