FACT-INFO.AZ » QHT » “Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib
26-02-2026, 17:30 | QHT
“Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində “Ana harayı” abidəsinə ziyarət, “Xocalı: Əsir uşaqlıq” sənədli filminin təqdimatı, “Xocalı: Səhnələşən yaddaşlar” adlı ədəbi-bədii tədbir və “Xocalı: Tariximizin qanlı səhifəsi” adlı anım tədbiri təşkil olunub.

 

Soyqırımın 34-cü ildönümü ilə əlaqədar təşkilat nümayəndələrinin və üzv gənclərin iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsi ziyarət edilib. Gənclər faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri qoyublar.

 

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu, Belə-Belə İşlər və CVN TV, “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Xocalı: Əsir uşaqlıq” sənədli filminin təqdimatı keçirilib.

 

Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirilən film təqdimatında millət vəkilləri, dövlət rəsmiləri, Xocalı sakinləri və gənclər, o cümlədən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Təqdimatdan əvvəl Kino Mərkəzinin foyesində Xocalı faciəsindən dərhal sonra lentə alınmış fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. Daha sonra təqdim olunan “Xocalı: Əsir uşaqlıq” sənədli filmində Xocalı faciəsi zamanı Məmmədovlar ailəsinin 8 üzvünün əsir götürülməsi və yaşadıqları faciələr əks etdirilib. Nümayişdən sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğunu vurğulayıb, eyni zamanda tarixi yaddaşın qorunmasının vacibliyindən danışıblar.

 

Tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı: Səhnələşən yaddaş” adlı ədəbi-bədii tədbir keçirilib.

 

Ədəbi-bədii proqramın rəsmi hissəsində çıxış edən rəsmilər və Xocalı faciəsinin canlı şahidləri Xocalı soyqırımının milli yaddaşımızdakı yerindən bəhs edərək, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusi olaraq vurğulayıblar. Tədbir Xocalı faciəsinə həsr olunmuş musiqili kompozisiyalar və qısa səhnəciklərlə davam edib.

 

Tədbirlərin davamı olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunan “Xocalı: Tariximizin qanlı səhifəsi” adlı anım tədbiri keçirilib.

 

Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə  “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi Ramiə Şahgəldiyeva, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, Vətən Müharibəsi qazisi İlkin Ağazadə, Bakı Dövlət Universitetinin professoru Azad Rzayev və Xocalı soyqırımının şahidləri Ayna Allahyarqızı, Arzu Musayeva və Nazim Hüseynov çıxış edərək, Xocalı faciəsinin xalqımızın yaddaşında silinməz iz buraxdığını qeyd ediblər.

 

Onlar vurğulayıblar ki, Xocalı soyqırımının həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalı və unudulmamalıdır. Şahidlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən  Vətən müharibəsi və lokal antiterror əməliyyatları nəticəsində azad edilmiş torpaqlara qayıdış prosesinin onlarda həm qürur, həm də kövrək duyğular oyatdığını diqqətə çatdırıblar.

 

 




Baxış sayı: 215
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30