İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb. Fact-info.az xəbər verir ki, bəyanatda 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımının 34-cü ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanın həlak olanların xatirəsini ehtiramla yad etdiyi bildirilir.
Baş katib Xocalı hadisəsinin Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayıb. O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2025-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik haqqında” 46/51-POL saylı Qətnaməyə istinad edib, işğal olunmuş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirib.
Baxış sayı: 100
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
