FACT-INFO.AZ » XƏBƏR » Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Qazaxıstan neftini almaqda maraqlıdır
25-02-2026, 18:00 | XƏBƏR
Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Qazaxıstan neftini almaqda maraqlıdır

Kiyev Bakını enerji sahəsində strateji tərəfdaş kimi qiymətləndirir və Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Qazaxıstan neftini almaqda maraqlıdır. Bunu jurnalistlərə Ukraynanın Qazaxıstandakı səfiri Viktor Mayko deyib.

“Azərbaycan enerji resurslarının Ukraynaya və ümumilikdə Avropaya ixracında strateji tərəfdaşımızdır. Bu resurslardan biri də Qazaxıstan neftidir”, – deyə o qeyd edib.

Səfirin sözlərinə görə, Ukrayna Qazaxıstan neftini təkcə qəbul etməkdə deyil, onu öz ərazisində emal etməkdə də maraqlıdır.

Diplomat bildirib ki, ikinci strateji əhəmiyyətli istiqamət qaz sahəsidir: “Bu sahədə Ukrayna və Azərbaycanın ortaq tərəfdaşı Türkmənistandır. Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarından birinə malikdir və qazın qərb istiqamətində – Azərbaycan və Türkiyə vasitəsilə Cənubi Avropaya ixracında maraqlıdır. Azərbaycan Qazaxıstan neftinin gələcək tədarükünü, həm də Türkmənistan qazının nəqli üçün tranzit imkanlarını formalaşdıran ölkədir”.

Enerji sahəsi ilə yanaşı, Ukrayna Cənub-Şərqi Asiya və Çini Qazaxıstan, Türkmənistan, Azərbaycan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirəcək Orta Dəhlizdə iştirakla bağlı danışıqlar aparır.

“Heç bir mübaliğə olmadan demək olar ki, Azərbaycan artıq bu gün Avropa ilə Asiyanı birləşdirəcək enerji və iqtisadi-ticari xətlərin formalaşmasında əsas rol oynayır və gələcəkdə bu rol daha da artacaq”, – deyə səfir bildirib.





Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30