FACT-INFO.AZ » AKTUAL » Xocalı faciəsi həm də bədii filmlər vasitəsilə auditoriyaya çatdırılmalıdır
25-02-2026, 13:00 | AKTUAL
Xocalı faciəsi həm də bədii filmlər vasitəsilə auditoriyaya çatdırılmalıdır
Vətən müharibəsində tarixi qələbə qazanıb, işğal altında qalmış ərazilərimizi azad etsəkdə, Xocalı faciəsini heç zaman unutmamalıyıq. Həmin qanlı tarix yalnız fevral ayının 25-26-da deyil, hər zaman xatırlanmalıdır. Qənaətimcə, Xocalı haqqında kitablar, məqalələr yazmaqla bərabər, peşəkar səviyyədə bədii filmlər də çəkilməli idi.
Təəssüf ki, XX əsrin faciəsi hesab olunan Xocalı hadisələri ilə bağlı bizim yetərli bədii filmlərimiz yoxdur. Müharibə mövzusunda peşəkar çəkilmiş filmlər gələcək nəsillərə yalnız informasiya vermir, yaddaşı təzələmir, həm də emosianal təsir göstərir. Bəzən media quruluşlarının görə bilmədiyi təbliğat işini kino sənəti böyük auditoriyaya çatdıra bilir.
Xocalı faciəsi ilə bağlı yalnız illər öncə Vahid Mustafayevin çəkdiyi “Xoca” filmi diqqətimi cəlb etmişdi. Bu ekran əsərində beynəlxalq kodlar xarici auditoriyaya çıxış üçün düzgün seçilmiş vasitə idi. “Xoca” filminin çəkilişində ola bilər texniki qüsurlar olsun. Amma filmdə bəşəri hisslər, məhəbbət-sevgi var. Həmin dövrün ağrılı prosesləri, müharibə dəhşətləri, etinasızlıq var. Lakin hər şey ölçüsündədir, yerindədədir, əndazəsindədir. Bu filmə baxan insan məlumatlanır, təəssüflənir, kədərlənir. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı haqqında informasiya alır, erməni vəhşiliyinin şahidi olur. Həmçinin ona görə, təəssüflənir ki, iki gənc qovuşmur. Toy mərasimi belə gözlənilməz sonluqla başa çatır. Mənim Vahid Mustafayevlə heç bir tanışlığım yoxdur. Amma çəkdiyi bu filmə görə, əvvəlki yazılarımda ona təşəkkür etmişəm.
Onu qeyd etmək istərdim ki, belə kino təcrübəsindən yəhudilər zamanında istifadə edərək “Pianoçu” bədii filmini və digər filmlərini çəkib dünyaya təqdim ediblər. Həmin “Pianoçu” filmi vasitəsilə biz sadə tamaşaçılar II dünya müharibəsində yəhudi xalqına qarşı baş verən hadisələrdən xəbər tutmuşuq.
Bu gün Azərbaycanda bəzi rejissorlar, kino işçiləri filmlərin populyarlıq qazanmamasından gileylənirlər. Cənablar, Qarabağ müharibəsi, Xocalı faciəsi, arxa cəbhə, insan ağrıları, Azərbaycan hərbiçisinin qəhrəmanlığı və s. haqqında müraciət olunmalı mövzular kifayət qədərdir. Yetər ki, yalnız peşəkar ssenaristlər və yaradıcı komanda bu mövzulara diqqət göstərsin.
Əkrəm Bəydəmirli
Baxış sayı: 165
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar
Bu gün, 15:00
Füzuli Şəhəri Günündə həsr olunan tədbir
Bu gün, 14:00
Azərbaycan beynəlxalq forumda təmsil olunub
Bu gün, 13:30
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub
Dünən, 18:30
Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib
Dünən, 17:30
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Dünən, 17:30
Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib
Dünən, 12:00
Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır
Dünən, 10:30
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Dünən, 10:00
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib
Dünən, 10:00
Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb
Dünən, 09:30
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Dünən, 09:30
Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
15-10-2026, 21:00
BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür
15-10-2026, 20:30
Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50
15-10-2026, 20:00
Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib
15-10-2026, 19:30
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb
15-10-2026, 18:00
Baku Declaration adopted
15-10-2026, 17:30
Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır
15-10-2026, 09:30
Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub
15-10-2026, 09:00
“Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb
15-10-2026, 09:00
Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb
15-10-2026, 08:30
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb
14-10-2026, 21:00
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
14-10-2026, 17:30
Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub
14-10-2026, 11:00
Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir
14-10-2026, 11:00
İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur
14-10-2026, 10:00
Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar
14-10-2026, 10:00
Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək
14-10-2026, 09:30
Kiyev ballistik raketlərlə vurulub, ölənlər var
14-10-2026, 09:00
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
