FACT-INFO.AZ » CƏMİYYƏT » 26 Fevral – xalqımızın yaddaşına qanla yazılmış bir tarixdir
25-02-2026, 09:30 | CƏMİYYƏT
26 Fevral – xalqımızın yaddaşına qanla yazılmış bir tarixdir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən faciə təkcə bir şəhərin deyil, bütün Azərbaycan xalqının ürəyində sağalmaz yara açdı.

 Həmin gecə mən Şuşa şəhərində döyüşçü kimi, Şuşa polisinin tağım komandiri olaraq xidmət edirdim. Vəzifəmiz Vətəni qorumaq idi. Lakin bütün cəhdlərimizə baxmayaraq, əlimiz Xocalının müdafiəsinə çatmadı. O gecə baş verənləri sözlə ifadə etmək çox çətindir. Xocalıdan gələn haray səsləri, qadınların, uşaqların fəryadı, atəş səsləri, ölümün soyuq nəfəsi hələ də qulaqlarımdadır.
 Biz kömək etmək, soydaşlarımızı xilas etmək üçün imkanlarımız daxilində çalışsaq da, gücümüz çatmadı. Bu, ömrümüz boyu içimizdə daşıdığımız bir ağrıdır. Yüzlərlə günahsız insanın şəhid olması, minlərlə insanın əsir götürülməsi, ailələrin dağılması – bunlar təkcə bir gecənin faciəsi deyil, bir millətin yaddaşına həkk olunmuş kədərdir.
 Xocalıda baş verənlər bəşəriyyətə qarşı ağır bir cinayət idi. O hadisələr zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklər tarixdə qara səhifə kimi qalacaq. Bu hücum nəticəsində dinc əhali xüsusi amansızlıqla qətlə yetirildi.
 İllər keçsə də, o gecənin ağrısı keçmir. Biz döyüşçülər üçün isə bu, həm də vicdan sınağı idi. Əlimiz çatmadığı üçün çəkdiyimiz iztirab, eşitdiyimiz fəryadlar, gördüyümüz mənzərələr ömrümüzün sonuna qədər bizimlə qalacaq.

 Bu gün Xocalı şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirəm. Diləyimiz budur ki, o ağrılı, acılı günlər bir daha təkrarlanmasın. Xalqımız daim sülh, əmin-amanlıq və birlik içində yaşasın.
 Xocalı – təkcə bir şəhərin adı deyil. Xocalı bizim yaddaşımızdır, dərdimizdir, həm də ədalət çağırışımızdır. O haray heç vaxt unudulmayacaq.

 Təqaüddə olan polis polkovniki

Mübariz Quliyev




Baxış sayı: 1 085
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30