FACT-INFO.AZ » XƏBƏR » Latviyada Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24-02-2026, 20:00 | XƏBƏR
Latviyada Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqa şəhərinin tarixi-memarlıq abidəsi olan Kiçik Gildiyada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Səfirlikdən bildirilib ki, tədbirdə Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Latviya Seyminin deputatları, diplomatik missiyaların rəhbərləri, yerli akademik, mədəni və dini dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 34 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı ötən əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı soyqırımının törədildiyini diqqətə çatdırıb və faciə barədə ətraflı məlumat verib.

E.Sultanov bir sıra beynəlxalq təşkilatlar və parlamentlər, o cümlədən Latviya Seymi tərəfindən Xocalı qətliamının soyqırımı və ya insanlıq əleyhinə cinayət olduğunu bəyan edərək pislədiyini qeyd edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının Xocalı faciəsi barədə məlumatlılığın artırılmasındakı mühüm rolunu vurğulayıb.

Səfir 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpa etməsini, o cümlədən Xocalının azad edilməsini və müharibə cinayətkarlarının ədalət mühakiməsi qarşısına çıxarılmasının tarixi ədalətin təcəssümü olduğunu bildirib. O, ölkəmizin Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılması üçün qətiyyətli addımların atdığını, Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində erməni cinayətkarlarına oxunmuş hökmlərin yalnız ədalətin bərpası olmadığını, həm də günahsız Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olduğunu qeyd edib.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məqsədilə ölkəmiz sülh gündəliyini irəli aparmaq üzrə səylərini davam etdirir. Eyni zamanda, xalqımıza qarşı törədilmiş vəhşiliklər unudulmayacaq və Xocalı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Anım tədbiri faciə qurbanlarının xatirəsinə həsr olunmuş klassik musiqi proqramı ilə davam edib. Gənc azərbaycanlı musiqiçilər - Əzizə Salahova skripkada və Nərmin Nəcəfli pianoda Azərbaycan, Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının əsərlərini səsləndiriblər.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30