Ankaradakı “Akün” Mərkəzində Xocalı soyqırımına həsr olunmuş “Adsız qadın” tamaşası nümayiş etdirilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən teatr tamaşası qanlı faciənin 34-cü ildönümünə həsr olunub.
Tamaşanın rejissoru Mine Bayrakteribildirib ki, “Adsız qadın” əsəri geniş ictimaiyyəti Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli cinayətlər barədə məlumatlandırmaq üçün yazılıb.
Onun sözlərinə görə, Azərbaycanəsilli türk yazıçısı Aygün Həsənoğlunun eyniadlı əsəri əsasında yazılmış pyes Cəfər Cabbarlı adına Türk-Azərbaycan Teatrı tərəfindən səhnələşdirilib. Tamaşada baş rolu istedadlı aktrisa Kəmalə Kamilqızı canlandırıb. Hekayə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən əsir götürülmüş bir qadının taleyi üzərində qurulub. “Tamaşanın əsas mövzusu cəsarət və Vətənə sevginin istənilən sınaqdan, işgəncədən və vəhşilikdən daha güclü olmasıdır”, - deyə M. Bayrakteri qeyd edib.
Tamaşa arxiv görüntüləri, həmçinin Azərbaycan və Türkiyə bəstəkarlarının musiqi əsərləri ilə müşayiət olunub.
Diplomatlar, siyasi partiyaların nümayəndələri, hərbi kursantlar və digər tamaşaçılar Cəfər Cabbarlı adına Türk-Azərbaycan Teatrının aktyorlarının məharətini alqışlarla qarşılayıblar. (Azərtac)
Baxış sayı: 210
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
