Rusiyanın Ukraynaya qarşı başlatdığı işğaldan dörd il sonra ölkənin bərpasının dəyəri ilə bağlı yeni hesabat açıqlanıb. Fevralın 23-də dərc olunan sənədə əsasən, növbəti on il ərzində Ukraynanın yenidən qurulması təxminən 588 milyard dollara (500 milyard avrodan çox) başa gələcək.
Hesabat Kiyev hakimiyyəti, Dünya Bankı, Avropa İttifaqı və BMT tərəfindən birgə hazırlanıb. Sənəddə qeyd olunur ki, bu məbləğ 2025-ci il üçün Ukraynanın ümumi daxili məhsulunun təxminən üç qatına bərabərdir.
Ən böyük maliyyə ehtiyacları nəqliyyat sektoruna (96 milyard dollar), enerji sahəsinə (77 milyard avro), mənzil fonduna (77 milyard avro), ticarət və sənayeyə (54 milyard avro) və kənd təsərrüfatına (47 milyard avro) aiddir. Döyüşlərin intensiv getdiyi Donetsk və Xarkov bölgələrində bərpa işləri xüsusilə genişmiqyaslı olacaq.
Paytaxt Kiyev üçün bərpa xərcləri 12 milyard avrodan çox qiymətləndirilir. Təxminən 3 milyon əhalisi olan və sahəsi Berlinə yaxın olan şəhər mütəmadi olaraq Rusiyanın dron və raket hücumlarına məruz qalır.
Hesabatda vurğulanır ki, Rusiyanın işğalının humanitar, sosial-iqtisadi və ekoloji nəticələri “nəsillər boyu” hiss olunacaq. Bu səbəbdən Ukraynanın bərpası yalnız infrastrukturun deyil, həm də cəmiyyətin və iqtisadiyyatın uzunmüddətli dirçəldilməsini tələb edir.
Baxış sayı: 85
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
