FACT-INFO.AZ » CƏMİYYƏT » Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Xocalı heç vaxt yaddaşımızdan silinməyəcək faciədir”
23-02-2026, 20:30 | CƏMİYYƏT
Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Xocalı heç vaxt yaddaşımızdan silinməyəcək faciədir”

Xocalı faciəsindən 34 il keçir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmiş, habelə 68-i qadın, 26-sı uşaq olmaqla 1275 nəfər girov götürülmüş, ağır müharibə cinayətləri törədilmişdir. Soyqırımı cinayətinin əlamətlərini özündə ehtiva edən bu ağır cinayət əməli bəşər tarixinin ən faciəvi səhifələrindən biridir.

 44 günlük  Vətən müharibəsində qəhrəman əsgərlərimizin hər zaman yanında olan, onların sağlamlığının keşiyində duran, onlarla yaralını həyata qaytaran insanlardan biri, tanınmış cərrah həkim Anar Yusibov Xocalı faciəsi ilə bağlı fikirlərini açıqlayıb:

 -O hadisələr vaxtı mən uşaq idim. Kəlbəcərdə yaşayırdıq, orta məktəbdə təhsil alırdım. Bir səhər gözümüzü açanda Xocalı ilə bağlı dəhşətli xəbərlər eşitdik. Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qətliam törətdilmişdi. Uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirilmişdi. Bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. Dinc əhaliyə qarşı dünyada görünməmiş vəhşiliklər törədildi. Çoxda uzaq olmayan tarixdə törədilmiş bu soyqırımı sözlə ifadə etmək çətindir.

Sonra bizim məcburi köçkünlük dövrümüz başladı. Bütün çətinliklərə baxmayaraq, biz xalq olaraq bu dəhşətləri unutmadıq və heç zaman unutmayacayıq. İxtisasca həkim olan Xocalı qatillərindən biri Zori Balayan  sonralar yazdığı kitabda dinc incanlara qarşı törətdikləri bu qətllərdən zövq aldığını qeyd edir. Belə ağır cinayətlər törədən bir toplum nəhayət ki, cəzasız qalmadı.  

II Qarabağ müharibəsindən sonra torpaqlarımızı azad etdik. Düşməndən qisasımızı aldıq. Bu gün digər ərazilərimiz kimi, Xocalı da azaddır. Orada dinc quruculuq işləri davam edir, xocalılar öz evlərinə qayıdırlar. Xocalı qatillərinin bəziləri məhkəmə qarşısına çıxarılaraq cəzalarını aıdılar. Əminik ki, bütün cinayətkarlar gec-tez hüquq qarşısında  cavab verəcəklər. Amma biz bu, faciəni, erməni faşizmini unutmadıq və heç zaman unutmayacayıq. Övladlarımızı, gələcək nəsilləri elə yetişdirməliyik, hazırlamalıyıq ki, onlar dostlarını, düşmənlərini hər zaman tanısınlar, insanlıq əleyhinə olan erməni vəhşiliyi bir daha təkrar olunmasın. Şəhidlərimizə Allah rəhmət eləsin, onları ehtiramla, rəhmətlə anırıq! 

 

Fact-info.az

 




Baxış sayı: 340
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30