FACT-INFO.AZ » AKTUAL » Rus ideoloqlarının Cənubi Qafqazla bağlı təhlükəli tezisləri
23-02-2026, 13:30 | AKTUAL
Rus ideoloqlarının Cənubi Qafqazla bağlı təhlükəli tezisləri
Dörd ildir Ukraynada ədalətsiz müharibə aparan, yaşayış yerlərini yer üzündən silən, dinc insanların həyatına son qoyan Rusiya Cənubi Qafqazı itirməsilə barışmaq istəmir. Siyasi prosesləri izlədikcə, bu qənaətə gəlmək olar ki, bu ölkə yeni geosiyasi müharibə cəbhəsi açır. Rusiyanın irticaçı beyni sayılan Aleksandr Duqin ərz edir: “Rusiya uzun müddət çox nəzakətlə davranıb, artıq sərt hərəkət etməliyik”. Rus ideolqunun belə tezisləri sıradan olan fikir deyil. Bu onu göstərir ki, Moskva dünyanın bir çox regionlarında strateji məğlubiyyəti ilə barışmadığı kimi, öz imperiya təfəkküründən də əl çəkmək istəmir.
Duqin çıxışlarının birində Mərkəzi Asiya və Cənubi Qafqaz respublikalarının müstəqilliklərini şübhə altına alaraq qeyd edir ki, bu ölkələr Rusiyanın daxil olduğu geosiyasi düşərgənin bir hissəsinə çevrilməlidir. Əvvəlki yazılarımda qeyd etmişdim ki, Moskvanın Azərbaycana təzyiq rıcaqları yalnız orada çalışan azərbaycanlı mühacirlər və Rusiyanın maraqlarına xidmət edən 5-ci kolondur. Belə uğursuz vasitələr mütəmadi olaraq işə salınır.
Hazırda Rusiyanın hədəfində Cənubi Qafqazın digər respublikası olan Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkisində revanşistlərin qalib gəlməsidir. Rəsmi Moskva yaxşı anlayır ki, əgər N. Paşinyanın rəhbərlik etdiyi partiya qalib gəlsə, Rusiyanın Cənubi Qafqazda son dayaqları birdəfəlik itəcək.
Hazırda Ukrayna cəbhəsində başını itirmiş Şimal qonşumuzun Ermənistanda seçki dönəmində geosiyasi müharibəni daha da alovlandıracağı şübhəsizdir. Görünən odur ki, zavallı Paşinyan da öz növbəsində bu seçkidə qalib gəlməsi və rusiyalı ideoloqların ssenarilərinin qarşısını almaq üçün bütün addımlarını atır.
Rus ideoloqlarının Cənubi Qafqazla bağlı təhlükəli tezislərini isə diqqətdən kənarda saxlamaq olmaz. Biz sıravi vətəndaş olaraq düşünürük Azərbaycan bütün ssenarilərə hazır olmalıdır. Bizim üçün müstəqilliyimizə qarşı bütün təhdidlərin aradan qaldırılması hədəfdir.
Əkrəm Bəydəmirli



Baxış sayı: 390
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30