21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) virtual sərgi (https://heyzine.com/flip-book/dc17eb39d1.html) hazırlanıb.
MEK-dən Fact-info.az-a bildirilib ki, sərgidə Ümummilli Lider Heydər Əliyevin dil siyasəti, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında Azərbaycan dili haqqında səsləndirdiyi fikirləri, Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, müasir təzahür formalarını əks etdirən dəyərli nəşrlər nümayiş etdirilir.
Nəşrlər sırasında “Heydər Əliyevin dil siyasəti”, “Heydər Əliyev: dil, ədəbiyyat, incəsənət”, “Dövlətçilik və dil”, “Ana dili milli varlığın təməli”, “Azərbaycan dilçiliyində Afad Qurbanov zirvəsi”, Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi Ağamusa Axundovun müəllifi olduğu “Dil və ədəbiyyat”, “Ümumi dilçilik”, “Müasir Azərbaycan dili. Sintaksis”, “Azərbaycan dilçiliyi: Sələflər və xələflər” və digər əsərlər, həmçinin ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş dərsliklər və s. kitablar yer alır.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
