FACT-INFO.AZ » AKTUAL » Şəhid Əmrah Əkbərovun bu gün doğum günüdür
21-02-2026, 13:30 | AKTUAL
Şəhid Əmrah Əkbərovun bu gün doğum günüdür

Vətən müharibəsində şəhadətə ucalan igidlərimizin həyatı və döyüş yolu bir dastandır. Bu dastanların qəhrəmanları olan şəhidlərimiz və qazilərimiz hər zaman xatirələrdə yaşayacaq. Şairlər, yazıçılar, bədii və sənədli filmlər çəkmək istəyən şəxslər o qəhrəmanlarımızın ömür yoluna nəzər salsalar, çox dəyərli sənət nümunələri ərsəyə gələcək. Öyrəniləsi və cəmiyyətə örnək olası  tarixdir.

Daha bir şəhidimizin  ömür və döyüş yolundan söhbət açırıq. Əmrah Əkbərov 1998-ci il fevralın 21-də Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinfinə gedib. Sonra 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta məktəbdə davam etdirib. O, 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.

2016-cı ildə həmin liseyi bitirən Əmrah Əkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2020-ci ildə məktəbi bitirərək Azərbaycan Odusunun Xüsusi Təyinatlı Qüvvələrində leytenant kimi xidmətini davam etdirib. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub.

Şəhidimizin qardaşı Orxan  Əmrah Əkbərovla bağlı xatırələrini bizimlə bölüşür. “Ondan danışanda bilmirəm haradan başlayım. Çünki 22 illik ömrü elə yaşayıb ki, saatlarla, günlərlə bəhs etsəm bitməz. Ona həyatda ən yaxın adam idim. Qardaşımın üzündə o qədər doğmalıq vardı. İnanın Azərbaycanın dörd bir yanından bəzən Əmrahı tanımayan adamlar da yazır, zəng edir. Deyirlər ki, oun siması çox doğma görünür. Ümumiyyətlə, bütün şəhidlərimizin üzündən seçilmiş insan olduqları bəllidir. Əmrah da onlardan biridir. Bəzən çox yorğun olurdum. Lakin qardaşımın səsini eşidəndən sonra mənə güc gəlirdi. İkinci Qarabağ müharibəsinin şiddətli dövründə zəng edib, narahatlığa əsas olmadığını dedi. Həmin dövrdə sonuncu danışığımız oldu. Sonra şəhidlik xəbərini eşitdim. Bəlkə də, Əmrah hansısa bir qəzada həlak olsaydı, onun  itkisinə dözə bilməzdim. Mənə təsəlli verən qardaşımın şəhidliyidir. Silahdaşları, zabit yoldaşları hamısı deyir ki, o arzusuna çatdı. Onun niyyəti şəhid olmaq idi. Əmrahgilin qrupu düşmənin 3 döyüş texnikasına pusqu qurub, maşını və içindəkiləri məhv ediblər. Yerdə qalan mənfurlar da qaçıblar. Nəzərə alaq ki, onlar  o yerləri daha yaxşı tanıyırdılar. Buna görə də mənfur düşmən tezliklə mövqe tutur və qızğın döyüş başlayır.. Əmrah son üç yoldaşından ikisinin şəhid , birinin isə yaralı olduğunu görür. O da sağ qalar, ya yox bilinmir. Əmrah bütün gücünü toplayıb ermənilər yerləşən səngərə tərəf qaçmağa başlayır. Çatanda sonuncu qumbaranı açaraq özünü partladır. Şəhadətə ucalarkən özü ilə bərabər xeyli sayda düşmən öldürür”.

Şəhidimizin qardaşı fikirlərini davam etdirir: “Ona o qədər güvənirdim ki... Yanımda olsaydı, bir ordunun qarşısına çıxardım. Şəkilləri var, yazıb ki, Vətən üçün veriləcək canın yoxdursa, sus. Biz bir il eyni məktəbdə oxumuşuq. Qısa müddət də olsa zabit yoldaşı olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların sayəsində rahat danışa bilirik. Torpaqlarımız işğaldan azad olundu. Bu işdə əməyi keçən hər kəsdən Allah  razı olsun! Bir məqamı qeyd edim ki, bir dəfə təlimə gedirdik. Yol boyu söhbət elədik. Dedim ki, qardaşım, inşallah təlimə deyil, Vətən savaşına yollanarıq. Onun  dinləmə mədəniyyəti  vardı.  Sona qədər qulaq asdı. Mən də davam edirdim, deyirdim birdən o vədə yetişəndə qorxarsan. Bilirəm sən elə insan deyilsən. Ümumi danışıram, heç vaxt çəkinmə, yoldaşını darda qoyma. Çılğınlıq eləmə, məntiqli davran. İndi o söhbət yadıma düşəndə fikirləşirəm ki, gör, mən kimə qorxu ilə bağlı  nəsihət vermişəm. Onda qorxu hissi olmayıb. Əmrah Xüsusi Təyinatlı Qüvvələrin igid zabiti idi. Əvvəl bu yolu seçməyini istəmirdim, deyirdim mən oradayam, sən başqa istiqamətlə get. İndi düşünürəm, yaxşı ki, qardaşım XTQ olub, arzusuna çatmış şəkildə şəhadətə ucalıb”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq  hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əmrah Əkbərov  “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Mənbə: Əkrəm Bəydəmirlinin  “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı




Baxış sayı: 280
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031