Ötən il ölkə əhalisinin sayı 37 min 462 nəfər və ya 0,4 faiz artaraq, 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 262 min 351 nəfərə çatıb.
Fact-info.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin ümumi sayının 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə bu il fevralın 1-dək 27 min 123 nəfər keçmiş məcburi köçkün qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 74 min 750 nəfər təşkil edib.
Bu ilin əvvəlinə olan məlumata əsasən, əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayır.
Ölkə üzrə bir kvadratkilometrə düşən əhalinin sayı 119 nəfərə bərabərdir.
Baxış sayı: 85
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
