Fevralın 19-da Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan rəssamları” kitabının təqdimat mərasimi keçirilib. Fact-info.az xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana dair kitab və nəşrlərin İcmada təqdimatının artıq ardıcıl və məqsədyönlü ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, “Qərbi Azərbaycan rəssamları” kitabı təkcə sənət adamlarının yaradıcılıq irsinin toplanması baxımından deyil, həm də milli yaddaşın, mədəni kimliyin və tarixi varlığın sənət dili ilə ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, nəşr Qərbi Azərbaycanın mədəni mühitini sistemli şəkildə sənədləşdirərək gələcək nəsillər üçün etibarlı mənbə rolunu oynayacaq.
Kitabın “Ön söz”ünün müəllifi, sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin Sərgi və tərtibat şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev nəşrin elmi və bədii əhəmiyyətini qeyd edib. O bildirib ki, kitabda təqdim olunan materiallar həm sənətşünaslıq araşdırmaları, həm də muzey işi üçün dəyərli mənbədir və Qərbi Azərbaycan mənşəli rəssamların yaradıcılıq xəritəsini bütöv şəkildə əks etdirir.
İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa kitabı tarixi-mədəni kontekstdə qiymətləndirərək onun Qərbi Azərbaycanın intellektual və mədəni mühitinin öyrənilməsi baxımından mühüm qaynaq olduğunu bildirib. O qeyd edib ki, nəşr sənət tarixinin müəyyən bir istiqamətini sistemləşdirilmiş şəkildə təqdim edir.
Baxış sayı: 225
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
