FACT-INFO.AZ » QHT » Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanlayıb
20-02-2026, 09:00 | QHT
Azərbaycan Milli QHT Forumu İsveçrənin Azərbaycandakı səfirinə açıq məktub ünvanlayıb

Azərbaycan Milli QHT Forumu İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Tomas Ştəliyə (Thomas Stähli) açıq məktub ünvanlayıb. 

Fact-info.az məktubu təqdim edir: “Biz Azərbaycan vətəndaş cəmiyyəti təsisatları olaraq, İsveçrə Konfederasiyasında sistemli şəkildə anti-Azərbaycan narrativinin formalaşdırılması cəhdlərini müşahidə edirik. İsveçrə parlamentinin hansısa “Sülh Forumu” adı altında ortaya atdığı bu narrativlər Ermənistanda revanşizmin alovlandırılmasına, Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmağa xidmət edir. Azərbaycana qarşı nifrət üzərində qurulan iftira kampaniyası regionda sülh və etimad quruculuğunu zədələməyə, separatizmin yenidən təbliğinə yönəlib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə təxribatçı fəaliyyət, tarixin arxivinə göndərilmiş ritorika və terminologiyadan istifadə İsveçrə Konfederasiyasında adi hal almaqdadır. Bəzi İsveçrə parlamentarilərinin son vaxtlar Qarabağ məsələsini “bağlanmış” hesab etmədiyini tez-tez dilə gətirmələri, Erik Fontobelin və digərlərinin İrəvanda revanşistlərin “ofisləri”ndə görüşlər keçirmələri anlaşılmır. Qərargahı İsveçrədə yerləşən “Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatı isə Qarabağ məsələsini dini müstəvidə qələmə verməyə çalışır, Azərbaycana böhtan atır.

Biz bundan əvvəl də sizə üz tutaraq bildirmişdik ki, belə təşəbbüslər xüsusilə də İsveçrə kimi beynəlxalq hüquqa hörmət bəslədiyini iddia edən bir ölkənin parlamentində irəli sürüləndə, qəbul ediləndə və ya İsveçrə cəmiyyətinin bir hissəsi olan kilsə tərəfindən təşviq ediləndə, İsveçrə ərazisində keçiriləndə obyektivlik və bitərəflik prinsipinə zidd olaraq ikili standartların bariz nümunəsinə çevrilir. XXI əsrdə Avropanın mərkəzində məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşılması qəbuledilməzdir. Xüsusilə regiondan kənar dairələrin məsələlərə birtərəfli, qərəzli və irqçi yanaşması yolverilməzdir. Biz bu cür yersiz müdaxilələri bir daha qətiyyətlə pisləyir, onları Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə zərbə hesab edirik.

İsveçrənin Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 4 min nəfərə yaxın azərbaycanlı itkinin taleyini aydınlaşdırmaq əvəzinə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü əleyhinə addımlar atmış, o cümlədən vaxtilə Xankəndidə icazəsiz ofis açmışdı. BQXK özünün humanitar təşkilat olduğunu iddia etsə də, əslində, qəbuledilməz siyasi fəaliyyətlə məşğul olmuşdur. BQXK-nın mandatına zidd olan bu təlimatların mənbəyi haradır?

Biz BQXK-nın Azərbaycanın etibarından sui-istifadə edərək emblemi altında olan yük və təcili tibbi yardım avtomobilləri ilə qaçaqmalçılıqla məşğul olmasını, bu xüsusda həmin nəqliyyat vasitələrində aşkarlanan benzin, siqaret, mobil telefon qutularını da unutmamışıq. “Humanitar yardım” adı altında Azərbaycanın suveren ərazilərində qanunsuz ticarət dövriyyəsinin aparılmasına, fırıldaqçılığa niyə göz yumulub?

İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynov adlı birini aylarla inzibati binasında gizlətməklə, İsveçrə Xarici İşlər Nazirliyinin nümayəndəsi Didye Burkhalterin müşayiəti ilə qadın paltarında ölkədən qaçırmaqla hansı məqsəd güdüb? Emin Hüseynovun bu gün Azərbaycan dövlətinə qarşı çirkin iftira kampaniyasında İsveçrə dövlətinin rolu nədir?

Bizim suallarımız çoxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar biz - Azərbaycan Milli QHT Forumunun təmsilçiləri 100-lərlə Azərbaycan QHT-sini birləşdirən çətir təşkilat olaraq, Sizinlə görüşməyə hazırıq”.




Baxış sayı: 70
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30