FACT-INFO.AZ » İQTİSADİYYAT » Dövlət Proqramı sosial xidmətlərin keyfiyyətinin və institusional inkişafının gücləndirilməsini hədəfləyir
19-02-2026, 21:00 | İQTİSADİYYAT
Dövlət Proqramı sosial xidmətlərin keyfiyyətinin və institusional inkişafının gücləndirilməsini hədəfləyir

Hər bir Dövlət Proqramının məqsədi olduğu kimi, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın da öz əhatə etdiyi istiqamətlər üzrə ayrıca məqsədi var. Bu məqsəd bilavasitə sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, effektivliyinin artırılmasına xidmət edir.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bunun üçün konkret olaraq dövlətin sosial siyasətində konseptual yanaşmalar sərgilənir.

“Bu konseptual yanaşmanın da mərkəzində hesab edirəm ki, bilavasitə preventiv yanaşmalar öndə gəlir. Digər bir istiqamət isə institusional qayğıdan icma əsaslı qayğıya keçiddir ki, bu da milli dəyərləri gücləndirən və bu tip xidmətlərdə icma əsaslarının daha aktiv iştirakını təmin etmək deməkdir. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərindən ən vacibi sosial xidmətlərin institusional inkişafının formalaşmasıdır. Çünki burada həmin xidməti göstərən müəssisələrin şəbəkələşməsinə ehtiyac var. İnstitusional tətbiq olmadan şəbəkələşmə mümkün deyil. Düşünürəm ki, prioritet istiqamətlərdə xidmətlərin şəbəkələşməsi üçün koordinasiya prosesinin gücləndirilməsinə ehtiyac var. Çünki koordinasiya olmadıqda idarəçilikdə qırılmalar baş verir ki, bu da effektivliyi aşağı salır. Məhz bu proqram koordinasiyanı təmin edir və bununla da çeviklik və effektivlik artır”,- deyə ekspert qeyd edib.

E.Əmirov bildirib ki, bu sənəddə bilavasitə qayğı mərkəzlərinin yaradılması, ailə tipli xidmət modellərinin qurulması, eyni zamanda, peşə standartlarının və kadr hazırlığının formalaşması və rəqəmsallaşma kimi məsələlər Dövlət Proqramının əsas prioritetlərindəndir.

“Boşluqlardan danışmalı olsaq qeyd etmək lazımdır ki, boşluqlar və prioritetlər bir-biri ilə çox əlaqəli və demək olar ki, eyni istiqamətə aiddir. Çünki proqramın hazırlanmasında və prioritetlərin müəyyən edilməsində məqsəd məhz mövcud boşluqların doldurulması olur. Parçalanmış xidmətlərin vahid koordinasiyası, icma əsaslı xidmətlərin zəif inkişafı, sosial işçi çatışmazlığı, prementiv yanaşmaların yetəri qədər olmaması, eyni zamanda, məlumat bazasının lazımi qədər formalaşmaması və paytaxtla regionlar arasında bu xidmətlərin göstərilməsində olan bərabərsizliklər həmin boşluqları əks etdirir ki, Dövlət Proqramı vasitəsilə bu boşluqların aradan qaldırılması hədəflənib. Bu istiqamətlərin həll edilməsi artıq proqramın öz məqsədinə çatması deməkdir”,- deyə o vurğulayıb.




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30