FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şəhidimizə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib
19-02-2026, 09:30 | MƏDƏNİYYƏT
Şəhidimizə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

Azərbaycan Milli Konservatoriyasında (AMK) şəhid Toğrul Hacıyevin xatirəsinə həsr olunmuş “Tar səsində vətən eşqi” sənədli filminin təqdimatı keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova bildirib ki, bu təşəbbüs şəhidimizin əziz xatirəsini yaşatmaqla yanaşı, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, Toğrul Hacıyev haqqında sənədli film Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadənin dəstəyi ilə çəkilib.

Toğrul Hacıyevin anası İlhamə Soltanova filmin ərsəyə gəlməsində zəhmət çəkən yaradıcı heyətə, təşkilatçılara və bu təşəbbüsə dəstək verən hər kəsə dərin minnətdarlığını ifadə edib. O bildirib ki, şəhidlər canlarından, arzularından, ailələrindən keçərək Vətəni seçdilər və torpaqlarımızın azadlığı uğrunda mübarizə apardılar.

Filmin ideya müəllifi Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Kamilə Dadaş-zadədir. Ssenari müəllifi və redaktoru AMK-nın mətbuat katibi Aysel Fikrətdir. Filmin rejissoru Fahir İmanquliyev, operatorları Əfqan Ələsov və Tapdıq Həsənovdur. Filmdə Dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundovanın, həmçinin Dirijorluq kafedrasının I kurs magistr tələbəsi Orxan Lətifzadənin musiqi əsərlərindən istifadə olunub.

Qeyd edək ki, Toğrul Hacıyev 1997-ci il fevralın 17-də anadan olub. Orta təhsilini başa vurduqdan sonra 2014–2018-ci illərdə AMK-da təhsil alıb, 2018–2020-ci illərdə isə magistratura pilləsini bitirib. O, 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan müharibə zamanı Füzulinin azadlığı istiqamətində gedən döyüşlərdə şəhid olub.




Baxış sayı: 110
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031