"Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq".
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
“Bu gün Qaradağlı qətliamının 34-cü ildönümüdür. Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qanlı cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir.
Xüsusi amansızlıqla həyata keçirilmiş bu qətliam zamanı uşaqlar və qadınlar da daxil olmaqla, 67 nəfər vəhşicəsinə qətlə yetirilib.
Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq və bu cür faciələrin heç vaxt unudulmaması hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.
Baxış sayı: 55
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
