FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “İRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
17-02-2026, 11:00 | MƏDƏNİYYƏT
“İRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişaf mərhələlərini beynəlxalq auditoriyaya təqdim edən “İRS-Heritage” jurnalının ingilis dilində növbəti nömrəsi nəşr olunub.

Fact-info.az xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlının giriş məqaləsində Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin beş illiyi, postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və regionda formalaşan yeni reallıqlar təhlil edilir.

Nömrənin əsas mövzularından biri Misirin Ayn Şams Universitetinin professoru Ahmad Sami Elaydi tərəfindən qələmə alınmış “İkinci Qarabağ müharibəsindən beş il sonra: Qələbə, bərpa və sülhə aparan yol” adlı analitik məqalədir. Yazıda Azərbaycanın hərbi-siyasi Qələbəsinin regional təhlükəsizlik, iqtisadi inkişaf və sülh perspektivləri baxımından əhəmiyyəti geniş şəkildə şərh olunur.

Jurnalın “Diqqət mərkəzində – Azərbaycan” bölməsində Perunun San-Markos Milli Universitetinin Asiya Araşdırmaları Mərkəzinin direktoru, professor Carlos Aquino Rodriguez tərəfindən hazırlanmış məqalədə Orta Dəhlizin – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qlobal ticarətdə artan rolu araşdırılır. Müəllif Azərbaycanın Şərqlə Qərb arasında strateji nəqliyyat-logistika qovşağı kimi mövqeyini xüsusi vurğulayır.

İncəsənət bölməsində Aysel Salamovanın “Mirzə Qədim İrəvani və onun yaradıcılıq irsi” adlı məqaləsi təqdim olunub. Materialda XIX əsr Azərbaycan təsviri sənətinin banilərindən olan sənətkarın portret janrının inkişafındakı rolu, realist üsluba keçid mərhələsi və bədii irsi elmi aspektdən təhlil edilir.

Tarix bölməsində britaniyalı tədqiqatçı İan Peartın məqaləsində Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların taleyi, xüsusilə Xocalı faciəsi, məcburi köçkünlərin xatirələri və müharibədən sonrakı dirçəliş prosesi təsvir edilir.

Jurnalın “Keçmişdən gələnlər” bölməsində tarix üzrə fəlsəfə doktoru Məlaikə Hüseyn tərəfindən qələmə alınmış “Məmməd ağa Şahtaxtlı. Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi” adlı məqalə yer alıb. Materialda XIX–XX əsrin əvvəllərində Azərbaycan milli mətbuatının formalaşmasında mühüm rol oynamış maarifçi ziyalının publisistik fəaliyyəti, elmi baxışları və ictimai fikrin inkişafındakı xidmətləri geniş tarixi faktlar əsasında təhlil olunur.





Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30