16 fevral 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan salonunda Azərbaycan Yazıçılar Birliyinin, Vektor Beynəlxalq Elmlər Akademiyasının və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə tanınmış tədqiqatçı, ictimai xadim, şair, Dr. Şəmsəttin Kuzəçinin “Kərkükün günəşi” adlı şeir kitabının təqdimatı keçirildi.
Tədbiri kitabın tərcüməçisi, professor Rəsmiyyə Sabir açaraq iştirakçıları salamladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Rəsmiyyə Sabir müəllifin yaradıcılıq yolundan, Türk dünyası ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfələrdən, Azərbaycan-İraq türkman ədəbi əlaqələrindəki rolundan bəhs etdi.
Sonra müəllif Şəmsəttin Kuzəçi iştirakçıları salamlayaraq kitabın işıq üzü görməsində əməyi olanlara təşəkkürünü bildirdi.
Təqdimat mərasimində İraq türkman ədəbiyyatının yorulmaz tədqiqatçısı, tanınmış alim, professor Qəzənfər Paşayev şairin yaradıcılığı haqqında geniş məruzə etdi. Kitabın naşiri, tanınmış şair, professor Elçin İsgəndərzadə “Kərkükün günəşi” kitabı haqqında çıxış etdikdən sonra Şəmsəttin Kuzəçiyə Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomunu təqdim etdi.
Tədbirdə tanınmış elm adamları, yazarlar, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri – Güllü Yoloğlu, Azər Həsrət, Elza Seyidcahan, Arzu Bağırova, Arzu Bayramlı, Günay Novruz, Şəlalə Hümmətli, İntiqam Yaşar, Orxan İsayev və digər qonaqlar çıxış edərək müəllifi təbrik etdilər.
Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov müəllifə Anar Rzayevin təbrikini çatdırdı və Şəmsəttin Kuzəçiyə 60 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin diplomunu təqdim etdi.
Tədbirdə professor Elçin İsgəndərzadə “İsa Kayacan Türk Kültürünə Hizmət Ödülü” mükafatı ilə təltif olundu. Daha sonra Azərbaycan-İraq türkman ədəbi əlaqələrinin gücləndirilməsindəki xidmətlərinə görə bir sıra ədəbiyyat nümayəndəsinə Kərkük Kültür Dərnəyinin təşəkkürnamələri verildi.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
