FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib
16-02-2026, 18:00 | XƏBƏR
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib

Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.

Fact-info.az  xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2025-ci il ərzində görülmüş işlər, o cümlədən həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri barədə məlumat verib. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərə təsiri iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Komissiya sədri bildirib ki, 2025-ci il ərzində korrupsiya risklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdə təsbit edilib, korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarının müdafiəsi istiqamətində müvafiq normalar qanunvericiliyə əlavə olunub. Həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin korrupsiya ilə mübarizə fəaliyyətində iştirakçılıqları təmin olunmaqla qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər işçi qrupların fəaliyyətinə cəlb ediliblər.

Bununla yanaşı, 2025-ci il ərzində korrupsiya ilə mübarizə sahəsində dövlət proqramlarının qiymətləndirilməsi üzrə nəticəəsaslı monitorinq mexanizminin əsasları müəyyənləşdirilib. Belə ki, keçən dövr ərzində Komissiyanın Katibliyi tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi və qiymətləndirilməsi Metodologiyası” hazırlanıb. Bu mexanizm korrupsiya ilə mübarizə tədbirlərinin dəqiq meyarlar əsasında qiymətləndirilməsinə şərait yaradacaq.

İclasda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) 5-ci dəyərləndirmə raundu çərçivəsində Azərbaycan Respublikası üzrə verdiyi tövsiyələrin icra vəziyyətinə dair qəbul edilmiş hesabatların nəticələri də müzakirə olunub. Bu istiqamətdə görülmüş işlər qənaətbəxş hesab olunaraq tövsiyələrin icrası ilə bağlı tədbirlərin davam etdirilməsi qərara alınıb.

Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərdə iştirakı, korrupsiya ilə mübarizədə vəkilliyin rolu və bu istiqamətdə aparılan son islahatlar barədə məruzələr dinlənilib. Eləcə də şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.

Həmçinin Komissiyanın Katibliyi tərəfindən hazırlanmış korrupsiya risklərinin idarə edilməsi qaydalarının layihəsi məqsədəmüvafiq hesab olunub, növbəti dövr üçün iş planı təsdiqlənib.




Baxış sayı: 80
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30