ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə "Azərbaycan irsi" adlı interaktiv sərgi keçirilib.
Fact-info.az xəbər verir ki, sərgidə Azərbaycanın müxtəlif bölgələrinə məxsus xalçalar, milli geyimlər, rəsm əsərləri və digər milli mədəniyyət nümunələri nümayiş olunub. Sərgi eksponatları arasında Ulu Öndər Heydər Əliyevin ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdiyi rəsm əsəri də var. Bununla yanaşı sərgi təşkil olunan zalda Azərbaycan milli kinosundan fraqmentlər və musiqilər səsləndirilib. Tədbirdə ziyarətçilərə Azərbaycan mədəniyyət nümunələrinə dair məlumatları əks etdirən broşürlər paylanıb.
Tədbir universitetdə təhsil alan tələbələrin və digər ziyarətçilərin marağına səbəb olub.
Tədbirin təşkilinə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi və Virciniya ştatındakı Azərbaycan Evi dəstək verib.
Baxış sayı: 85
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
