Amerika Birləşmiş Ştatları (ABŞ) 33 ildir ki, Gürcüstan və gürcü xalqı üçün seçilmiş tərəfdaşdır. Biz Gürcüstanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olaraq qalırıq. ABŞ Gürcüstanla konstruktiv münasibətlər qurmağa çalışır.
Fact-info.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Netgazeti” nəşrinə bildirilib.
Vurğulanıb ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanan sülh sazişi bütün Cənubi Qafqaz üçün transformativ imkanlar təqdim edir. Gürcüstan bu müqavilənin mümkün etdiyi sabitlik və rifaha həm töhfə verə, həm də ondan böyük fayda əldə edə bilər.
"Biz ikitərəfli münasibətlərimizə və Gürcüstandakı siyasi mühitə təsir edən məsələlər üzrə Gürcüstan hökuməti ilə əlaqələrimizi davam etdirəcəyik", - deyə məlumatda qeyd olunub.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
