FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ arasında yeni iqtisadi perspektivlər yaradır
12-02-2026, 20:00 | TƏDQİQATLAR-ANALITIKA
Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ arasında yeni iqtisadi perspektivlər yaradır

“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması ölkələrimizin iqtisadi inkişafını dəstəkləyən uzunmüddətli əlaqələrin qurulması üçün yeni perspektivlər açır və birgə əməkdaşlığın genişləndirilməsini təşviq edir. Strateji tərəfdaşlıq çərçivəsində ticarət əlaqələrinin və investisiya mühitinin inkişafı, həmçinin enerji və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi gözlənilir.

Fact-info.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Günay Rəhimli mövzunu şərh edərkən bildirib ki, son illərdə Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Belə ki, ABŞ Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələrdən biri olmaqla 6-cı yerdə qərarlaşır və 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi ümumi dövriyyənin 3,15 faizini təşkil etməklə 1,6 milyard dollar həcmində formalaşıb. Qeyd edək ki, bu rəqəm 2020-ci ildə 0,7 milyard dollar olub ki, bu da son 5 ildə ölkələr arasında ticarət dövriyyəsinin 2 dəfədən çox artdığını göstərir. Eyni zamanda, 2020-ci ildə ixrac 25 milyon dollar olmaqla ümumi ixracın 0.18 faizini təşkil edirdisə, 2025-ci ildə bu rəqəm 61,8 milyon dollar və ümumi ixracın 0,3 faizini təşkil edib. Ticarət əlaqələrindəki bu irəliləyişlər Azərbaycanın ABŞ ilə əməkdaşlıqda yeni investisiya və inkişaf imkanlarını artırmaqla strateji tərəfdaşlığın növbəti mərhələsinə qədəm qoymasına zəmin yaradıb.

İİTKM-in baş məsləhətçisi vurğulayıb ki, ölkələr üçün “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi kimi layihələr nümunəsində mühüm strateji əhəmiyyətə və iqtisadi faydaya səbəb olmuş məhsuldar əlaqələrin tarixinə əsaslanaraq, Azərbaycan və ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi inkişaf sahəsində əhəmiyyətli nəticələr verəcəyini gözləmək olar. Sənəddə ikitərəfli biznes mühitinin inkişaf etdirilməsi və sərmayələrin təşviq edilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur ki, bu da ölkəmizin qlobal iqtisadiyyata inteqrasiyası istiqamətində perspektivlər təqdim edir. Həmçinin, texnoloji inkişaf və kommersiyalaşma ilə bağlı birgə tədqiqat və inkişaf layihələri, uğurlu təcrübələrin paylaşılması və texniki yardım imkanları, ixtisaslı texnoloji işçi qüvvəsinin artımı istiqamətində tərəfdaşlığın gücləndirilməsi ölkəmizdə işçi qüvvəsinin məhsuldarlığının artırılması istiqamətində geniş imkanlar yaradır. Özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığının inkişaf etdirilməsi isə ölkədə biznes mühitinin yaxşılaşdırılması və dövlət-özəl tərəfdaşlığın genişlənməsinə əhəmiyyətli təsir göstərəcək.

Günay Rəhimli əlavə edib ki, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ arasında tərəfdaşlığın yeni mərhələsini başlatmaqla, iqtisadi əməkdaşlığın gücləndirilməsi, enerji və təhlükəsizlik sahələrində birgə fəaliyyətin artırılması və texnologiya sahəsində yeni təşəbbüslərin irəliləməsi üçün zəmin yaradır. Bu fəaliyyət Azərbaycan iqtisadiyyatının qlobal bazarlara inteqrasiyası və dayanıqlı inkişafın təmin olunması istiqamətində görülmüş işlərin davamı olmaqla ölkəmizin beynəlxalq iqtisadiyyatda daha fəal iştirakının təmin edilməsinə və regiondakı mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.




Baxış sayı: 130
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30