Qrant müsabiqəsi və Agentliyin “bp Azərbaycan”la birgə təşəbbüsü çərçivəsində WUF13 üzrə xüsusi istiqamət müəyyən edilib. Bu sahə üzrə artıq 49 layihə qəbul olunub və nəticələr 2026-cı ilin birinci rübündə elan ediləcək.
Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva QHT-lər üçün "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən WUF13 üzrə təlimdə söyləyib.
O bildirib ki, Agentlik WUF13 çərçivəsində bir neçə əsas tədbir planlaşdırır. Urban Həftəsi zamanı Qlobal Cənub QHT-lərinin iştirakı ilə Baş Assambleyanın keçirilməsi nəzərdə tutulur. Həmçinin ilk dəfə olaraq QHT Forumunun təşkili planlaşdırılır ki, bu da gələcək forumlar üçün yeni ənənənin başlanğıcı ola bilər.
Bundan əlavə, QHT Platformasının pavilyonunda geniş təmsilçilik və beynəlxalq tərəfdaşlarla birgə yan tədbirlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd Azərbaycan və region QHT-lərinin WUF13-də fəal və effektiv iştirakını təmin etməkdir.
Baxış sayı: 95
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
