Energetika naziri Pərviz Şahbazovla Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma arasında görüş keçirilib.
Energetika Nazirliyindən bildirilib ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafında enerji amilinin mühüm rol oynadığı, Azərbaycanın Macarıstanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi məqsədlərinə töhfə verdiyi qeyd olunub.
Qaz təchizatı, ölkəmizin neft-qaz hasilatı sektorunda “MOL Group” və MVM şirkəti ilə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. MVM şirkətinin “Şəfəq” Günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə qoşulması tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi kimi qiymətləndirilib. Macarıstanın azad edilmiş ərazilərin bərpası və yaşıl enerji sahəsində əməkdaşlığa maraqlı olduğu bildirilib.
Söhbət zamanı “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası, eləcə də Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində fikir mübadiləsi aparılıb.
Baxış sayı: 160
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
